beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ağızdakı aftaların profilaktikası üçün nə etməli

Məlumata görə iki insandan birinin ömründə ən az bir dəfə, ağzından ağrı verici bir afta çıxır. Qadınların və gənclərin aftalara meyilli olmasına baxmayaraq bu ağız xəstəliyinin əsasən uşaqlarda daha çox müşahidə olunduğu deyilir. Müxtəlif narahatlıqlara səbəb olan və ağız xoraları kimi tanınan aftalar dilin üstündə, dodağın kənarında və ya yanağın səthində krater şəklində olan ağız yaralarıdır. Qırmızı rəngdə, bəzən də üstlərində ağ bir qabıq olan afta ağızdakı dayazlığı ilə fərqlənir.
Ağız boşluğunda ağrılarla müşayiət olunan aftalar çeynəmə prosesinin və nitqin çətinləşməsinə də səbəb olur. Məlumatlarda dil və diş ətlərində diqqətə çarpan dəyişikliklərə səbəb olan aftanın 5-7 gündən sonra öz-özünə sağalacağı da deyilir. Ağızda olan bu cür problemlərin immunitet, stress, hormonal disbalansla bərabər qidalanma və insanda olan müxtəlif xəstəliklərdən (ürək xəstəlikləri, erkən doğum və s.) qaynaqlandığı bildirilir. Aftalardan diskomfort hiss etdikdə ilk növbədə qidalandığınız yeməkləri gözdən keçirin. Unutmayın ki, ağız yaralarından hesab olunan aftanın həllinə həmin problemin yaranmasına səbəb olan qidaları məhdudlaşdırmaqla nail olmaq olar. Bunun üçün yeməklərin ləzzətli olması üçün istifadə olunan ketçup və ya sirkədən uzaq durmaq lazımdır. Qeyri-kafi qidalanma, xüsusilə B vitamini və mineral əksikliyi də artan afta riski ilə əlaqəlidir. Vacib vitaminlərdən hesab olunan C vitamini səviyyəni qaldırmaq üçün ekspertlər limon, qreypfrut və ya portağal kimi sitrus bitkilərindən tez-tez istifadəni məsləhət görmürlər. Müxtəlif yemək və içkilərdə olan benzolat kimi bəzi qida qatqı maddələrinin afta riskini artırdığı düşünülür.
Aftaların yaranmasında adı çıxmış başqa bir qatqı maddəsi, diş məcununda olan natrium loril sulfat hesab olunur.
Bəzi insanlarda süd məhsulları belə afta çıxmasına səbəb ola bilər. Ancaq qatıq və təbii probiotiklərin immunitet sistemini gücləndirməklə bu problemə faydalı olduğu bildirilir. Bunun üçün qida gündəliyi tutmaq da olar. Bu gündəliyə, gün içərisində nələr yediyinizin yanında nə kimi əlamətlər yaşadığınızı yazıb, həmin problemin həlli ilə məşğul ola bilərsiniz. Onu da qeyd etmək lazımdır ki, aftaların yaranması qida həssaslığı və ya allergiyalar baxımından adamdan adama dəyişə bilər.


Tarix: 19.01.2015 / 12:47 Müəllif: Aziza Baxılıb: 27 Bölmə: Stomatologiya