beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Diş ləkəsi yaradan maddələr hansılardır?

Diş ləkəsi, adamın diş fırçalaması ilə yaxından əlaqəli olan bir mövzudur.
Dişlərdəki sarımtıl ləkələr dişlərə yaxşı qulluq edilməməsinin göstəricisidir.
Əgər adam çoxlu çay və qəhvə içirsə, siqaret çəkirsə, spirtli içkilərdən istifadə edirsə və dişlərini fırçalamırsa dişlərin üzərində ləkələr meydana gəlir.
Yaranan ləkələr diş minasının pozulmasından, diş üzərindəki cızıqlardan, ağız təmizliyinə səhlənkar yanaşmaqdan da olur.
Bunun üçün diş təmizləmə prosedurları gözlənilməli, dişlər vaxtında və düzgün fırçalanmalıdır.
Diş təmizliyi edilmədikdə, dişlərin ətrafında bakteriyalar və yemək artıqlarından ibarət yapışqanlı və rəngsiz bir bakteriya təbəqəsi olur.
Buda dişlərə yapışaraq zaman içində dişlərin saralmasına səbəb olur. Bakteriya təbəqəsinə qarşı təsirli bir ağız qarqarası, gündəlik edilən ağız təmizliyinə yetərlidir.


Tarix: 19.01.2015 / 12:57 Müəllif: Aziza Baxılıb: 21 Bölmə: Stomatologiya