beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Azərbaycanda qripə yoluxanların sayı artıb

Havaların kəskin dəyişməsi insanların sağlamlığına öz mənfi təsirini göstərib. Ötən ayın ilk günləri ilə müqayisədə bu ay mövsümi qripə yoluxanların sayı artıb.

Baş Səhiyyə İdarəsinin 16 saylı şəhər poliknikasının həkimi Mahizər Cəfərovanın verdiyi məlumata görə, qrip virusu hava yolu ilə yayıldığından bir neçə dəqiqə ərzində 10-a yaxın adam bu infeksiyaya yoluxa bilir. O, xəstəliyə tutulan şəxsin mümkün qədər kollektiv təmasdan yayınmalı olduğunu vurğulayıb. Xüsusilə də bu dövrdə körpələrin bağçalara, uşaqların isə məktəbə getməsini məhdudlaşdırmaq lazımdır.

“Bu infeksiya yuxarı tənəffüs yollarından başlayır. Ona görə öncə boğaz ağrıları başlayır”, deyə M. Cəfərova qeyd edib.

Həkim xəstələrə qrip olduğu müddətdə qida rejiminə xüsusi diqqət etmələrini, bol maye, meyvə-tərəvəz qəbul etmələrini tövsiyə edir. Əsasən də immuniteti zəif olan insanlara tərləməkdən uzaq olmaları məsləhət görülür.

M. Cəfərovanın sözlərinə görə, qrip olan şəxslər qalın geyinməklə yanaşı, həm də açıq havada olmalıdırlar. Qripin ən kəskin dövrü xəstəliyə yoluxandan sonra 3 gün ərzində davam edir ki, bu zaman adi ehtiyatsızlıq orqanizmdə müxtəlif fəsadlara səbəb ola bilər.

“Həmin dövrdə qulaqların arxasına konfra yağı çəkmək lazımdır. Pəncərəni tez-tez açıb havanı dəyişmək lazımdır ki, içəridə olan viruslar çıxsın”, deyə həkim vurğulayıb.

Səhiyyə Nazirliyindən isə bildirirlər ki, mövsümi qriplə bağlı hər il olduğu kimi bu il də əhalinin poliklinikalara müraciət edərək peyvənd olunmaları məsləhətdir.


Tarix: 08.01.2015 / 14:21 Müəllif: Aziza Baxılıb: 22 Bölmə: Saglamliq