beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Keyfiyyətsız hazırlanan saqqız insan orqanizminə ziyandı

Saqqız xüsusi kulinar məmulatı olub, əsasını yeyilməyən elastik maddə təşkil edir. Tərkibində müxtəlif tamlı və ətirli əlavələr vardır. Bunlara şəkər pudrası, limon turşusu, mentol, portağal və s. göstərə bilərik. Ümumi və xüsusi təyinatlı (validollu, ksilitli, sorbitli, kariesə qarşı profilaktik, nikotinə qarşı və s.) olur. İstifadəsi zamanı saqqız demək olar ki, heç vaxt kiçilməyərək əvvəlki həcmində qalır, lakin tərkibindəki tamı və ətri müəyyən vaxtdan sonra itir və atılır.

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların hüquqlarının müdafiəsi Dövlət Xidməti vətəndaşlara saqqız alarkən diqqətli olmağı məsləhət bilir. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, hər bir istehlakçı saqqız alarkən onun qutusunu nəzərdən keçirməlidir. Bilin ki, saqqız qutusunun üzərində olan şəkili əllə sürtərkən silinməməlidir. Saqqız görünüşcə təmiz olmalı, üzərində heç bir ləkəyə rast gəlinməməlidir.

İstehsal tarixindən etibarən saqqızın saxlama müddəti drajeləşdirilmişlərdə 6 ay, drajeləşdirilmimişlərdə isə 9 aydır.

Faktiki olaraq geniş çeşidləri ilə ticarət obyektlərinin vitrinlərini bəzəyən saqqızın bir sıra xüsusiyyətləri vardır. Belə ki, saqqız əsasən diş sağlığı üçün faydalı vasitədir. İştahı azaldır və arıqlamağa səbəb olur. Gərginliyi, stresi götürmək üçün xeyirlidir. Saqqız çeynəmək insanda kalori itkisinə səbəb olur. Beyinə gedən qanı artırır. Eyni zamanda saqqız həm də yaddaşı möhkəmləndirir. Ağız və diş sağlığı üçün əvəzolunmaz vasitədir. Ağızı bakteryalardan qoruyur, diş çürüməsini əngəlləyir, dişin mina qatındakı problemləri aradan qaldırır. 3 yaşadək uşaqların istifadə etməsi məsləhət deyil. Onun tərkibindəki ətirverici maddələr təbii və süni olur. Təbii ətirvericilərlə hazırlanmış saqqızların alınması daha məqbuldur.

Saqqız praktik, ucuz və az kalorilidir. O, şəkərli və şəkərsiz olur. Şəkərli saqqızda təqribən 5-10 kalori vardır. Şəkərsizdə isə onun miqdarı aşağıdır.
Şəkərsiz saqqız ağız sağlamlığına bir çox tərəfdən kömək edir. Diş ərpinin və çürüklərinin yaranmasının, diş minasında mineral pozğunluqların və diş ləkələrinin yaranmasının qarşısını alır və olanları azaldır.

Saqqız normativ sənədlərə əsasən paçka, paket və qutulara qablaşdırılır. Bu məmulatlar qablaşdırıldıqdan sonra mütləq markalanmalı və orada saqqızın əmtəə nişanı, istehsalçısının adı və ünvanı, məhsulun adı, xalis çəkisi, istehsal tarixi, saxlama müddəti, həqiqi standartı və s. öz əksini tapmalıdır.

Ticarət şəbəkələrinə saqqızı üstü bağlı bütün növ nəqliyyat vasitələrində daşımaq mümkündür. Saqqız 18ºC temperatur və havanın nisbi rütubəti 75% olan quru, təmiz və havalandırma sistemi olan, kənar qoxu və ziyanvericilərin təsirinə məruz qalmayan yerlərdə saxlanılmalıdır. Günəş şüalarından uzaq olmalı, spesifik qoxusu olan məhsullarla bir yerdə saxlanmamalıdır.


Tarix: 08.01.2015 / 13:56 Müəllif: Aziza Baxılıb: 45 Bölmə: Saglamliq