beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Əlləriniz keyiyirsə həkimə müraciət edin

Əl keyləşməsi əksər hallarda kompyuterdən istifadə edənlərdə daha çox müşahidə edilir. Xəstəliyin simptomları gecə saatlarında, xüsusilə də, yuxu əsnasında baş qaldırır və xəstəlik inkişaf etdikcə gündüzlər də özünü göstərir.
Keyləşmə əvvəlcə bilək ağrısı ilə başlayır və kiçik əşyaları tutmaqda, ən adi işləri görməkdə çətinlik çəkməklə davam edir. Əl keyləşməsinin bir əlaməti də bəzən isti və soyuğu ayırmaqda çətinlik çəkməkdir.
Bu xəstəlik həmçinin biləkdə burxulmalar, şəkər xəstəliyi, hipofiz vəzisinin həddindən artıq gücə düşməsi, bilək oynaqlarındakı mexaniki problemlər və s. dən də irəli gələ bilər. Hər xəstəliyin müalicəsinə vaxtında başlamaq lazım olduğu kimi, bu xəstəliyin də müalicəsinə vaxtında başlamaq lazımdır.


Tarix: 08.01.2015 / 14:09 Müəllif: Aziza Baxılıb: 11 Bölmə: Saglamliq