beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Su həm xeyirdir həm ziyan

Su orqanizmə çox lazımdır. Toksinlərin ifraz olunması, qida elementlərinin hüceyrələrə daşınması, təzyiqin tənzimlənməsi, temperaturun nəzarətdə saxlanması, oynaqların və orqanların qorunması, qulaq, burun və boğaz üçün lazım olan nəmli mühitin təmin edilməsi və s. kimi bir çox fəaliyyətlər üçün orqanizmin suya böyük ehtiyacı var

Hər kəs çəkisinə, yaşadığı mühitə, fiziki fəaliyyətinə, tərləmə səviyyəsinə görə suya ehtiyac duyur. Susuzluğu aradan qaldırmaq üçün ən yaxşı vasitə yenə su özüdür. Çünki meyvə sularını və qazlı içkiləri çox içdikdə çəkinin artmasına səbəb olur. Bədən daha çox enerji sərf etdikdə suya ehtiyac hiss edir.

Digər tərəfdən, çox su içmək də zərərlidir. Məsələn, ifrat dərəcədə su içdikdə bədəndə elektrolit itkisi meydana gəlir. Bu isə hüceyrədaxili və hüceyrəxarici mayelərin tarazlığını pozaraq sağlamlıq üçün ciddi təhlükə törədir. Əgər çox ağır fiziki fəaliyyətdəsinizsə, mühitin temperaturu və nəmliyi normadan artıqdırsa, daha çox su itkisi yaşamamaq üçün əlavə olaraq mineral tərkibli mayelərə üstünlük verə bilərsiniz. Yemək zamanı çox su içmək isə həm mədədə turşuluğun azalmasına, həm də həzm probleminin yaranmasına səbəb olur.

Çox susama bəzən bəzi xəstəliklərin əlaməti kimi də ortaya çıxa bilər. Bunların arasında diabet və yoğun bağırsaq problemi əsas yer tutur. Bu vəziyyətdə mütləq həkimlə məsləhətləşmək lazımdır.

Ürək xəstəliyi, yüksək təzyiq xəstəliyi və şiş problemi olanlar da su miqdarını azaltmalıdırlar.

Uşaqlarda su ehtiyacı yaşa görə dəyişir. Altıaylıq körpələrdə su ehtiyacı ana südü, əgər ana südü kifayət etmirsə, başqa yollarla təmin olunmalıdır. Altı aydan sonra isə müəyyən dozalarda su vermək olar. Xüsusilə də, əlavə qidalar verməyə başladıqda körpəyə maye vermək lazımdır. Əks təqdirdə, susuzluq ciddi qəbizlik probleminə yol aça bilər.

Gündəlik su ehtiyacı getdikcə artaraq, 12 yaşında 1,5 litr olmalıdır. Gənclər və yeniyetmələr gün ərzində təxminən 1,5-2 litr su içməlidirlər. Fiziki fəaliyyətlə məşğul olanlar isti havalarda daha çox su içməlidirlər. Ancaq daha əvvəl bəhs etdiyimiz faktorlardan və fərdi fərqliliklərdən asılı olaraq, bu miqdar 2,5 və ya 3,5 litr də ola bilər.

Su körpənin inkişafı üçün son dərəcə əhəmiyyətli olduğu üçün hamiləlik zamanı gün ərzində əlavə olaraq, 300 millilitrə yaxın su içmək məsləhətdir. Həmçinin körpənin keyfiyyətli südlə təmin olunması üçün əlavə olaraq, 1-1,5 litr su içə bilərsiniz.

Orqanizmin sağlam olmasına baxmayaraq çox su içmək zərərli təsirlərə səbəb ola bilər. Həddindən artıq su içmək qan dövranına mənfi təsir göstərir, damarlarda, xüsusilə də ürəkdə fəsadlar törədir.

Yeməkdən yarım saat əvvəl içilən 2 stəkan su toxluq hissi meydana gətirir. Ancaq unudulmamalıdır ki, su qidanı əvəz edə bilməz, acarkən balanslı qidalanma yerinə, su içməklə kifayətlənmək sonradan ciddi problemlərə səbəb ola bilər.


Tarix: 08.01.2015 / 13:57 Müəllif: Aziza Baxılıb: 66 Bölmə: Saglamliq