beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Televiziya, uşaq və ünsiyyət

Analar, ev işlərini çatdırmaq, ya da ağlayan uşağı susdurmaq üçün, ən əsan yol olaraq uşağı televiziya qarşısında oturmağı seçirlər. Beləcə, rahat-rahat qab-qacağımı yuyur, evimi silir süpürürəm deyə bildirirlər.

Atalar isə, çox gərgin və yorucu keçən gündən sonra yemək yeyib, xəbərləri və futbol oyunlarını izləməyi seçirlər.

Çox vaxt da, evdə bir dənə televiziya olması problem olur. Ata idman oyunları, ana serialları, uşaqlar da sevdikləri cigi filmləri izləmək istədikləri üçün mübahisə edirlər. Bu vəziyyətdə hamının otağına bir televiziya alınması, problemi həll etmənin ən asan yolu olaraq düşünülür. Axşamlar hamı öz otağına çəkilərək, istədiyi proqramı seyr etsə problemin həll ediləcəyi sanılır. Bu vəziyyətdə problem həll olunmuş kimi görünsə də, əslində ailə daxilində ünsiyyətin aradan qalxmış olması, çox ciddi bir problem olaraq qarşımıza çıxacaq.

Ailə üzvlərinin toplana bildiyi axşam saatlarında vaxtın çoxunun televiziya qarşısında keçməsi ailə daxili ünsiyyətinə böyük zərbə vurur. Halbuki bütün ailə fərdlərinin toplanması, lazım olan bu saatlar qiymətli zamanlardır. Bir-birimizin hal-əhvalını soruşmaq, günümüzün necə keçdiyini danışmaq, problemlərimizi paylaşmaq qısası bir-birimizə dəyər verdiyimizi hiss etdirmək lazımdır. Bu saatlar xüsusilə uşaqlarımızın bizdə gözlədiyi maraq və sevgini onlara verə biləcəyimiz əhəmiyyətli vaxtlardır.

Uşaqlarımızın televiziya qarşısında çox vaxt keçirmələrini istəmiriksə, əvvəlcə valideyn olaraq, onlara bu mövzuda nümunə olmalıyıq. Hər şeydən əvvəl onlarla birlikdə vaxt keçirməyə diqqət göstərməliyik. Məsələn; birlikdə oyun oynamaq, şəkil çəkmək, nağıl və ya hekayə kitabı oxumaq, yazı yazmaq, söhbət etmək uşaqlarımızla edə biləcəyimiz fəaliyyətlər olaraq sıralana bilər. Bütün bu fəaliyyətləri ana və atasıyla birlikdə edən uşaq, televiziyanı izləməyi unudaraq, ağılına belə gətirməyəcək.

Uşağın televiziyanı izləməsinə mane törətmək üçün qadağa qoymaq istəsəniz, bu iş daha çox inadlkarlığa aparacaq, faydası da olmayacaq. Qadağa qoymaq ya da cəza vermək yerinə birlikdə ediləcək alternativ fəaliyyətlər uşaqları onsuz da televiziyadan uzaqlaşdıracaq.

Buradakı məqsəd, uşaqları tamamilə televiziyadan uzaqlaşdırmaq, heç izlətməmək deyil. Məqsəd, mümkün olduğu qədər uşaqları televiziyanın mənfi təsirlərindən uzaq tutmaqdır. Çünki bilirik ki, televiziyanın uşaqlar üzərində çox ciddi təsirləri var. Məsələn, təcavüzkar davranış göstərən uşaqlar xüsusilə şiddət tətbiq olunan proqramları seyr etməyi seçirlər. Bu proqramlarda iştirak edən qəhrəmanları özlərinə nümunə götürərək, bunu gündəlik həyatlarında da əks etdirirlər.

Uşağın televiziya qarşısında saatlarla qalaraq, vaxtını boşa xərcləməyi, tamamilə televiziyanın əsiri halına gəlməyi, uşağın ictimailəşməsinə də mane olur. Televiziya kanallarının çox olması, hər evdə birdən çox televiziya olması, valideynlərin də televiziya qarşısında əsir olmaları, əlbəttə uşaqların televiziya izləmələrini adət halına gətirəcək. Televiziya izləmək tamamilə qadağan edilə bilməyəcəyinə görə, bu halda televiziyanı şüurlu istifadə etmə yoluna müraciət etməliyik. Ancaq bu şəkildə televiziyanın mənfi təsirlərindən xilas olaraq məhsuldar istifadə edilməsini təmin etmiş olarıq.

Hər şeydən əvvəl, model olaraq ana və atanın, televiziya izləyərkən seçici və diqqətli olmalıdır. Məsələn, xəbərləri izlərkən, kriminallıq olan görüntülərin uşaqlarla birlikdə izlənilməməsinə, ya da yemək saatlarında televiziya izlənilməməsinə diqqət göstərilməlidir. Uşaqların ictimai və əxlaqi inkişaflarına təsir edəcək proqramlar seçilməlidir. Uşaqlar uzun müddət televiziya qarşısında tək buraxılmamalı, izlədikləri filmlərə nəzarət edilməlidir.

Hətta bəzən bir neçə həftə bir iki gün "televiziyaya baxmama günü" seçilərək, o günü birlikdə alternativ fəaliyyətlə məşğul olmaq olar. Fəaliyyət olmasa belə qarşılıqlı bir-birini dinləmək uşağınıza dəyər verdiyinizi göstərəcək və sağlam ünsiyyət qurmanızı təmin edəcək. Uşaqların inkişafına müsbət təsir edəcək, təlimatçı, məlumatlandırıcı proqramları izləmələrini təmin edərək, məhdud və şüurlu şəkildə istifadə edib televiziyanı müsbət hala gətirə bilərik.


Tarix: 08.01.2015 / 14:01 Müəllif: Aziza Baxılıb: 102 Bölmə: Saglamliq