beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Beynini işlədən gec yaşlanır

Beyin məşqləri insanın zehninin gənc qalmasına kömək etdiyi bildirilir.
Zehni gücsüzlüyü yaşlanmanın qaçılmaz nəticələrindən biri hesab etmək olarmı?
Məlumata görə Kaliforniyada yaşlanmanın təsirlərini ortadan qaldırdığı iddia edilən beyin məşqləri haqda müxtəlif reklam çarxları çəkilib.
Həftə boyu istifadə olunan beyin məşq proqramlarından yararlanmaqda fayda olduğunu hamımız bilirik. Həmin proqrama gözlərinizi bağlayaraq duş qəbul etməyi, səhərlər qısa bir gəzintidə olmağı, müxtəlif məntiqi məsələlər həll etməyi və ya insan orqaniziminə zərər verməyən zəka oyunları oynamağı da əlavə edə bilərsiniz. Axşam yeməyində balıq yeməklərindən istifadə daha yaxşı olar. Mütaliyə etmək və ya lüğətdən bilmədiyiniz bir neçə kəlmə öyrənmək beyni məşq etdirməyə və zehninizi cavanlaşdırmağa kömək edər. Yoqa kimi forumlara qatılmağın və ya yeni insanlarla tanış olmağın beyinə yaxşı təsir bağışladığı bildirilir. Televizorda intellektual və elmli proqramlara baxmaq, alkoqoldan, kofeindən və digər zərərli vərdişlərdən, işlərdən uzaq durmaq daha düzgün hesab olunur. Düzgün qidalanmaya, idmana və tərtib edəcəyiniz gündəlik rejimə ciddi fikir versəniz heç də pis olmaz.
Los Ancelesdə yerləşən beyin məşqləri şirkətində fəaliyyət göstərən və həkim olduğu bildirilən Leslie Sherlin: bu mövzu haqda öz fikrini ifadə edərkən bildirib ki, "Beyninizi nə qədər çox istifadə etsəniz, o qədər güclü, özünü xəbardar edən və elastikli olar".
Beyin məşqləri krasvord həll etmək ya da telefon nömrələrini əzbərdən tutmaq qədər sadə görülə bilər. Ancaq bu metodların insanın zehninin gənc qalmasında bir təsirinin olub olmadığının mübahisə mövzusu olduğu bildirilir. Məlumatda oda qeyd olunur ki, hər gün 45 dəqiqə yüngüldə olsa idmanın qaçış növü ilə məşğul olmaq faydalıdır. Tərəvəz ağırlıqlı qidalanmaq, kofein və şəkərdən uzaq durmaq göstərilir. Beynin müəyyən bölgələrindəki qan axışını sürətləndirmək üçün daha az çörək, daha çox tərəvəz yeməyin, saxlanılan pəhrizi isə balıq yağı və vitaminlərlə gücləndirməyin, özü ilə yuxunu dəstəkləyən bir hormon olan və dərhal hər ölkədə reseptsiz satıldığı bildirilən melatonin istifadəsi tövsiyə edilir.
Qocalmağın qarşısını almaq üçün isə stolüstü tennis oynamaq məsləhət bilinir.
Əsas məsələ insan bədəninin ən yaxşı şəkildə işləməsini və daha gənc görünməsini düşünmək, qərar vermək və bunu bilməyi bacarmaqdan ibarətdir.


Tarix: 08.01.2015 / 13:21 Müəllif: Aziza Baxılıb: 46 Bölmə: Saglamliq