beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Oturaq həyat xroniki xəstəliklərə yol açır

İllərdir ki, tibbi ekspertlər insanlarda fiziki qeyri-fəallığın riskləri ilə bağlı xəbərdarlıq edir. Ümumdünya Səhiyyə Təşkilatının hesabatında deyilir ki, istər inkişaf etmiş, istərsə də inkişaf etməkdə olan ölkələrdə insanlar son zamanlar daha çox oturaq həyat tərzi keçirir.
Təşkilat eləcə də, dünya boyu ildə iki milyona qədər insanın oturaq həyat tərzi də daxil edilməklə, fiziki aktivliyin olmaması səbəbindən öldüyünü deyir.
Birləşmiş Ştatlar və Avstraliya tədqiqatçıları gün ərzində həddən çox oturan insanlarda xərçəng, şəkər, ürək-damar xəstəlikləri və yüksək qan təzyiqi risklərinin olduğunu aşkar ediblər. Bütün hallarda deyil, bəzi hallarda oturaq həyat tərzi keçirənlərdə xəstəliklərə tutulma riski çoxdur.
Bu da o deməkdir ki, sağlam qalmaq üçün fiziki aktivliyi artırmaq lazımdır.
Əsasən də yaşlı insanların az aktiv olması, yəni az hərəkət etməsinin, çox oturmasının səbəblərindən biri texnologiyanın inkişafıdır.
Vaxtilə insanlar tərəfindən görülən fiziki işləri indi maşınlar görür. Məlumatda oda bildirilir ki, Birləşmiş Ştatlar və Avstraliya alimlərinin araşdırmalarının nəticələri "The International Journal of Behavioral Nutrition and Physical Activity" jurnalında dərc edilib.


Tarix: 08.01.2015 / 13:12 Müəllif: Aziza Baxılıb: 30 Bölmə: Saglamliq