beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ekstrasenslər

Ekstrasenslər kimlərdir? Ekstrasensorika nə deməkdir? Ekstra "xaric" deməkdir, nəyinsə xaricində yerləşən nə isə; "sene" - "hiss" deməkdir, ekstrasens - xarici mühitdən bizim hiss orqanlarımızla qəbul olunmayan nəyi isə qəbul, dərk edən insandır, yaxud elə hərəkət etmək deməkdir ki, bunu yalnız hiss üzvləri vasitəsilə qəbul edilməsi inamında tərbiyə olunmuş insanlar başa düşməsin.
...Həkimin otağına xəstə daxil olur, o böyrünü tutub, onun üzündə böyrünün ağrısından əzablı ifadə var. Cavan, xoşsifətli qadın gülümsəyərək ona yaxınlaşır, onun qarşısında dayanır, hər iki elini uzadıb, xəstənin bədəninə toxunmadan iki tərəfdən yuxarıdan aşağı, sonra aşağıdan yuxarı gəzdirir. Qadının üzü gərginliyin dərəcəsini göstərir, o öz hisslərinə qulaq asır. Bir anda razı halda başını yellədir, gərginlik zəifləyir. Əlləri ilə hərəkət davam edir, lakin onlar bədənin müəyyən hissəsində dayanır. Xəstə isə ağrının kəsildiyini hiss edir: əvvəl o buna inanmır, o elə bilir ki, ağrı yenidən daha güclü başlayacaq, lakin vaxt gedir, xəstə ağrının yox olduğunu söyləyir.
Qadın həkimə deyir ki, xəstənin sağ böyrəyində patoloji proses var, ağrını o götürmüş, lakin ciddi müalicə, dərmanlar, pəhriz və s. lazımdır.
Siz qadını tanıdınız: bu Cuna Davitaşvilidir - dünya şöhrətli ekstrasens. O, müvəffəqiyyətlə işləyib həyata keçirdiyi müalicə üsulunu "kontaktsız massaj" adlandırmışdır. Əlbəttə, bu ad çox da düzgün seçilməyib. Çünki Cuna özünü adi massajist adlandırsa da fikrimizcə mexaniki təsir edən massajın burada heç əlaməti belə yoxdur. Bəs bu nədir - xəstə orqanı necə aşkar edib, ağrını götürmək olur? Hətta Cuna bir və ya bir neçə təkrar seanslardan sonra, bədənə toxunmadan, xəstəni hipnotik yuxuya qərq etmədən, diaqnostik cihazlardan istifadə etmədən xəstəni tam sağalda bilir.
Cuna çoxlu miqdarda insanları sağaltmışdır. Onun işi və alınmış nəticələri yüzlərlə xarici və vətən alimləri və praktiki həkimlər tərəfindən yoxlanıb təsdiq edilmişdir.
Cunanın adı ən məşhur aktyor və müğənnilərdən, jurnalist və siyasi xadimlərdən populyardır. O, vətən və xarici tibb tərəfindən qəbul edilmişdir. Cuna onun nadir istedadını öyrənən alimlərlə, poliklinika və digər tibb müəssisələrinin həkimləri ilə birgə işləyir. O, həkimlərə öz metodikasını, öz ustalığını öyrədir, onun çoxlu tələbələri, davamçıları var. Hər xəstəliyi Cunanın üsulu ilə sağaltmaq olmur; bezi hallarda onun müalicəsinə dərman müalicəsi, fizioterapiya da əlavə olunur. Lakin çox hallarda ən görkəmli həkimlərin, müasir dərmanların, ən yaxşı cihazların kömək edə bilmədiyi ağır xəstələri Cuna müalicə etmişdir.
Cuna öz metodunu və onun müvəffəqiyyətini belə aydınlaşdırır. İnsan, onun hər üzvü, toxumaları, hər hüceyrəsi bioloji enerji yaradır; bu enerjinin səviyyəsi, gərginliyi üzvün və toxumanın vəziyyətindən asılı olaraq dəyişə bilər, bu enerji heç bir cihazla qeyd olunmur, lakin insan xüsusi məşqlərin köməyi ilə bədənin patoloji proses olan hissəsindəki enerjini, onun dəyişməsini hiss edə bilər. Bu xəstəliklərin "kontaktsız diaqnostikasının" əsasıdır; bəzən Cuna xəstəliyin diaqnozunu dəqiq təyin edir, bəzən xəstə orqanı aşkar edir və diaqnozu təsdiq etmək üçün xəstəni mütəxəssisin yanına göndərir. O, əllərini xəstənin bədəninin üzərində 5-10 sm məsafədə paralel olaraq gəzdirir, barmaqlarını bükmür, barmaqların uclarını xəstənin bədəninə yönəltmiş olur.
Cuna öz kitabını "Mən öz əllərimlə qulaq asıram" adlandırmışdır. Bu kitabda o öz həyat yolunu, öz axtarışlarını əks etmişdir. Eyni zamanda bu kitabda birgə işlədiyi, eksperiment apardığı, yaxud müalicə etdiyi alim, həkim, siyasi xadimlər, yazıçılar və digər görkəmli adamlarla kontaktı və xəstəliklərin diaqnostikası və müalicəsi üsulunu göstərmişdir.
Cuna nəinki əllərinə "qulaq asır", bu əlləri ilə müalicə edir. Müalicə prosesində o bioloji enerjinin "generatoru" rolunu oynayır, enerji onun barmaqlarından bədənin zədələnmiş nahiyəsinə axır, orada həyati proseslərin normal tənzimini bərpa edir.
Uzun müddət Cunanın işini müşayiət etməyən, onun müalicə etdiyi xəstələri sorğu-sual etməyənlər və hətta onun işini müşahidə edən bəzi şəxslər heç bir bioloji enerjinin olmadığını deyirdilər. Onlar elə fikirdə idilər ki, bioenerjinin gərginliyi çox azdır, ona görə onu bir yerə yığıb, müəyyən bir obyektə yönəltmək olmaz. Xəstələrin sağalmasına gəldikdə isə - bu hipnozun deyil, sadəcə inandırmağın nəticəsidir. Cunanın işini müşahidə edən şəxslər görürdülər ki, burada hipnozun və inandırmağın izi yoxdur, yalnız Cunanın yorğun üzündə xoş ifadə və xoşagələn gülüş var idi, Cuna heç bir söz formulu demir, onun əllərinin hərəkəti passa oxşamır. Passı bütün psixoterapevtlər tətbiq edir, lakin Cunanın xəstənin bədəninin ətrafında etdiyi hərəkətlər, zədələnmiş sahədə bərpa olunmuş tənzimləməni təsdiq edən cavab reaksiyasının alınması üçün xəstə ilə uzun müddət işlədikdə möhkəm yorulurdu, çox enerji itirmiş olduğu üçün əldən düşmüş görünürdü. Düzdür, təmiz vicdanla işləyən psixoterapevtlər də çox yorulurdular.
Cuna nəinki böyükləri, hətta uşaqları da müalicə edir, o cümlədən o yaşda olan uşaqları ki, onlar nə hipnoz, nə də fikir yeritməyi qəbul edə bilmirlər.
Cuna südəmər yaşda olan uşağı çəpgözlükdən müalicə etmişdir. Elmlər Akademiyası institutlarının birinin əməkdaşı olan və Cuna ilə birgə işləmiş A.N.Medelyanovski maraqlı eksperimental məlumatlar vermişdir. Eksperimental obyekt qurbağanın çıxarılmış ürəyi olmuşdur. Ürək işləyir, yəni ritmik yığılırdı; xüsusi cihazlar müəyyən vaxt ərzində qəbul olunan oksigenin miqdarına görə onun işinin intensivliyini təyin edirdi. Müəyyən olundu ki, Cunanın verdiyi enerjinin təsiri altında ürəyin qəbul etdiyi O2-nin miqdarı artırdı. Cuna otağın digər tərəfinə keçib xəstə ilə məşğul olmağa başladıqda ürək tərəfindən O2-nin qəbulu daha da artdı. Yəqin ki, buna xəstəyə kömək etmək məqsədilə onunla işləməyə başladıqda onun enerji vergisi əhəmiyyətli dərəcədə artdı, ürək məsafənin artmasına baxmayaraq, bioloji enerjini daha çox miqdarda almağa başladı.
"Əllərinizi açın, enerjini hiss edin, onu paylamağı öyrənin" - Cuna onun köməyini gözləyən xəstələrə deyirdi. Bu hələ müalicə deyil, o hər bir xəstəni fərdi müalicə edəcək. Bu xəstələrin enerji təsirinə məruz qalması üçün hazırlığıdır. Sonra təsir özü gedir, nəticədə xəstənin orqanizmi həyat fəaliyyətini bərpa etməyə və normallaşdırmağa və xəstəliyə qarşı mübarizə aparmağa qadir olur.
Cunanın insana, onun xəstəliyinə, sağlamlığına etdiyi təsirdə heç bir yenilik, əvvəllər məlum olmayan heç bir şey yoxdur. Lap qədim zamanlardan bizə "əlləri vasitəsilə" müalicə edən insanlar haqqında məlumatlar çatmışdır (Cunanın üsulu - "əlləri vasitəsilə" olan üsuldur). Müalicə baxışla, and verməklə, üzbəüz və hətta qiyabi də aparılırdı. Biz travmaların müalicəsindən danışmırıq - bu üsul da keçmişdən məlum idi, hər cür "əllərlə" təsirdən danışırıq (bədənin və ya onun hissələri ilə əməliyyat, çıxıqların yerinə salınması, massaj). Burada hər şey göz qabağındadır və möcüzə yoxdur. Biz bədənə toxunmadan, daxilə heç bir şey qəbul etmədən baş verən "kontaktsız" təsirdən danışırıq. Belə insanlar müxtəlif xalqlar arasından vaxtaşırı çıxırlar.
Rusiyada belə insanlara "ara həkimləri" "türkəçarələr" onların başqalarının bilmədiyi nə isə naməlum şeyləri bildikləri nəzərdə tutulurdu, ona görə də onları "cadugər" adlandırırdılar. Bu insanlara çətin vaxtlarda müraciət edirdilər, onlara hörmət edirdilər, onlar çox vaxt cəmiyyətdə yüksək nüfuza malik olan yer tuturdular; məsələn, qədim Yunanıstanda və ya Misirdəki loğmanlar. Onlarda "ruhlarla", hətta Allahla danışmaq, insan həyatını öz əlində saxlayan, hər şeyə qadir bu gözə görünməzlərin iradəsini insanlara bildirmək bacarığının olduğunu deyirdilər. Məhəmməd peyğəmbər və İisus Xristos da yəqin ki, belə adamlardan idilər, belə qabiliyyət şimalda yaşayan şamanlarda qalmışdır.
Bəzən belə insanların həyatları faciə ilə bitir. İnsanlar həmişə naməlum şeylərdən qorxmuşlar və hesab etmişlər ki, əgər insan yaxşı möcüzə yaradırsa, deməli, o pislik də edə bilər: heyvanların qırılması, məhsulun batması, xəstəliklərin baş verməsi, aclıq, yanğınlar. Ona görə bu insanları cəmiyyətdən qovurdular, uzaqlaşdırırdılar, daşqalaq edirdilər, yandırırdılar. Kilsə onlarla mübarizə aparırdı, onları "qeyri-adi qüvvələrlə" əlaqədar olduqlarını səbəb gətirərək ittiham edirdilər. Kilsə məhkəməsinin göstərişi ilə yüz minlərlə "ifritələr" yandırılmışdı, halbuki onlar xüsusi qabiliyyətə malik olmamış, o vaxt mövcud olan xəbərçiliyin qurbanı olmuşdular.
Belə insanların qeyri-adi qabiliyyəti, onların içində bizim müasirimiz Cuna Davitaşvili onun işini öyrənən, onun işi zamanı xəstənin orqanizmində, onun öz orqanizmində baş verən dəyişiklikləri müşahidə edən alimlərə belə bir nəticəyə gəlməyə imkan vermişdirlər ki, kosmos çox böyük energetik sahədir: burada məlum və naməlum enerji formaları hərəkətdədir. Bu formaların bəzilərini biz xüsusi cihazlar vasitəsilə ölçə bilirik, lakin canlıların şüalandırdığı bioloji enerjini ölçmək mümkün deyil. Alimlər bioloji enerjinin mövcudluğunu Cunanın meydana gəlməsindən əvvəl təyin etmişdilər. Təyin olunmuşdur ki, hər canlı orqanizmin və hər hüceyrənin daxilində, ətrafında bioenergetik sahə yaranır.
Kosmosda hərəkət edən enerji orqanizmin bədəninin səthi tərəfindən qəbul edilə bilərmi? Yada salın, insan tərəfindən fizioterapevtik proseduralar necə qəbul edilir: onların hər biri isti, işıq və ya müxtəlif tezlikli elektromaqnit dalğaları formasında olmaqla, energetik təsir göstərirlər. Baş verməzdən əvvəl meteoroloji xidmət tərəfindən proqnozlaşdırılan maqnit qasırğalarının insan sağlamlığına və əhvalına necə təsir etdiyini yada salın. Nəhayət, günəş enerjisinin, günəş işığının bitkilər tərəfindən qəbul edildiyini yada salın. Günəş enerjisi olmadan bitkilərin böyüməsi mümkün deyil, insan və heyvanlar bitkilərlə qidalanırlar; sonda insan qida vasitəsilə kosmos enerjisini qəbul edir. Belə bir sual meydana çıxır - insan tərəfindən bioloji enerjinin qəbul etmədiyini hansı əsasla hesab etmək olar?
Bir çox alimlərin fikrincə, bioloji enerjini kosmosdan qəbul etmək və öz bioenerjisini cərəyanlarla boşluqlara vermək hər bir insanın dünyaya gələrkən irsi aparatında fiksasiya olunur. Lakin müasir şəraitdə bu qabiliyyət insanlara lazım olmur, yalnız ayrı-ayrı şəxslər öz ulu babalarından onlara keçmiş qabiliyyəti - kosmosdan gələn enerjinin qəbul edib formasını dəyişdirmək qabiliyyəti özlərində hiss edərək, güclü məşğələlərlə inkişaf etdirirlər.
Cunadan da başqa xalq təbabətçiləri var. Onlar da "əllərin tətbiqi" ilə müalicə aparmış və çox gözəl nəticələr əldə etmişlər. Aydın olmuşdur ki, onların ya əksəriyyətinin valideynləri, yaxud nənə və babaları və uzaq qohumları xəstələri sağaltmaqla məşğul olmuşlar. Cuna ilə də bu baş vermişdir.
Son zamanlar xalq təbabətçiləri poliklinika və digər tibb müəssisələrində həkimlərlə müştərək işləyirlər, rəhbər işçilər və mütəxəssislər bu işdən çox razıdırlar.
Biz artıq Cunanın öz biliyini həvəslə həkimlərə aşıladığı barədə demişdik. Bu səhiyyə orqanları tərəfindən təşkil olunmuş kurslarda aparılır və Cunanın tələbələri başqa şəhərlərdə müvəffəqiyyətlə işləyirlər. Belə ki, əgər diplomlu ekstrasensin yanında müalicə olunmaq istəyirsinizsə, müalicə olunun, çox hallarda müalicə fiziki əzablardan, ola bilər ki, xəstəlikdən azad olmağa kömək edəcək.
Sizə daha bir ekstrasensin - V.İ.Safonov haqqında danışmaq istəyirəm. O, mühəndisdir, geniş biliyə malikdir. Tibbi biliklərini anatomik atlasdan və elmi ədəbiyyatdan almışdır. O, xəstə qəbul etmir, yalnız ekstrasensin əsas xüsusiyyətlərini inkişaf etdirərək eksperiment aparır. O, xəstələrdən diaqnostika və ya digər məqsədlər üçün istifadə etmir: bizə məlum olmayan üsullarla canlı və cansız obyektlər, mövcud olan və ya olmayan, ya da hələ dünyaya gəlməmiş obyektlər haqqında məlumat toplayır.
Xəstənin qəbulunu o belə aparır: onunla üzbəüz dayanıb, bir neçə saniyə onun üzünə baxır. O, xəstənin üzünün ifadəsi, rəngi və ya digər əlamətlərinə görə onun xəstəliyini tapmağa çalışmır, yaxud xəstəni nəyə isə inandırmaq istəmir. O, xəstənin üzünü yadda saxlamaq istəyir.
Sonra o, Cuna kimi, əllərini xəstənin bütün bədəninin ətrafında gəzdirir. Cuna bu birinci etapda xəstənin şüalandırdığı bioenerjini tutmaq istəyir. Safonov əksinə: xəstəyə öz bioenerjisini istiqamətləndirir və onun bədənin bəzi hissələrində gücləndiyini hiss edir; bədənin zədələnmiş hissəsi, elə bil ki, ona çatışmayan enerjini ondan "çəkir". Beləliklə, Safonov zədələnmə mənbəyini tapır. Onun dediyinə görə bu çətin deyil. Hər bir kəs öz bədənində enerji axınının harada gücləndiyini hiss edə bilər. Bunun üçün özünə və öz imkanlarına inam lazımdır. Əgər inam yoxdursa, əgər insan şübhə ilə işə başlasa (birdən alınmaz), onda, doğrudan da, heç nə alınmaz.
Sonra ən çətin etap başlanır, bunu Cuna etmir. Safonov xəstə haqqında ətraflı məlumat toplayır.
O belə təsəvvür edir ki, yer yalnız bioenerji ilə əhatə olunmayıb; bu bioenergetik sahə özündə eyni zamanda məlumat saxlayır, burada xüsusi oyuqlar var ki, onlar hər bir insanın, hər bir canlı orqanizmin, hətta hər bir cansız əşyanın keçmişi, indiki vəziyyəti və gələcəyi haqqında məlumat saxlayır. Bu məlumat qoloqrafik struktur xarakteri daşıyır.
Qoloqrafik strukturlar - hər hansı obyektlərin boşluqda şəklidir. Obyekt haradasa yerləşir, onun qarşısında və ya ondan müəyyən məsafədə müxtəlif dalğa uzunluğunda elektromaqnit şüalarının köməyi ilə onun həcmli əksi yaranır. Qoloqrafiya metodu - boşluqda şəkilin alınması - bu üsul o qədər inkişaf etmişdir ki, hətta bu andan televizorda istifadəsinə çalışırlar. Mütəxəssislərin XXI əsrdə televizorların qoloqrafik olacağını deyirlər; şəkil elə bil ki, ekranın qarşısında asılmış vəziyyətdə olacaq, onu hər tərəfdən görmək mümkün olacaq (görünür ki, ekranın qabağını öz bədəni ilə tutmamaq). Yer kürəsinin məlumat sahəsində (Safonov çox vaxt onu "məlumat bankı" adlandırır) mövcud olmuş, mövcud olan və gələcəyə "proqramlaşdırılmış" obyektlər haqqında məlumat qoloqrafik strukturlarda saxlanılır. Ekstrasensin vəzifəsi - məlumat sahəsində onu maraqlandıran obyektlərin qoloqrafik şəklini tapıb oxumağı bacarmalıdır. Safonov bunu etməyi öyrənib, onun beynində lazım olan görmə obrazları yaranır.
O bunu necə edir - o insanları başa sala bilir. Onun gözlənilmədən işini, onun nəticələrini görən insanlar sual verirlər - "Siz bunu necə edirsiniz?" Safonov cavab verir: "Mən bilirəm ki, bunu edə bilərəm. Amma nə üçün etdiyimi bilmirəm".
Öz imkanlarını inkişaf etdirən Safonov, insanı onun şəklinə, sonra "sözlə təsvirinə", yəni diaqnozlaşdırılmalı olan şəxsi tanıyan adamın təsvirinə əsasən diaqnoz qoyurdu. Sonra isə diaqnozlaşdırılmalı şəxsin səsi, xətti kifayət idi. Daha sonra - ekstrasensin imkanlarının inkişaf zirvəsində bunların heç biri lazım deyildi. Safonov kimi istəsə, hətta yalnız diriləri yox, ölünü də diaqnozlaşdırırdı.
Bu oxumağa məsləhət gördüyümüz Safonovun kitabı geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur. (V.İ.Safonov. Həyatdan kənar həqiqət. M., 1990). Kitabda onun eksperimentləri ilə maraqlanan bir çox alimlərin, digər kateqoriyalı insanların fikirləri əks olunmuşdur. Nümunə olaraq hüquqşünas S.Sergeyevin fikirlərini göstərək.
V.İ.Safonova onun tanımadığı barmaq izləri təqdim olunmuşdu. İzlərə baxıb Safonov demişdi ki, izlərə malik olan 30-35 yaşlı, orta boylu, orta bədən quruluşu və düz saçı olan qadındır. Sonra o soruşdu: O ölmüşdür? Müsbət cavab almış ekstrasens davam etmişdir - o, ənsə nahiyəsindən aldığı güclü zərbədən ölmüşdür, onun bu sahədə geniş yarası vardır - demişdir. Safonov əlavə etdi ki, qadını lüt görür. Bunlar hamısı həqiqətə uyğun idi - hətta qadının öldürüldüyü anda paltarsız olması da.
Daha bir müşahidə. Safonova hökmdarlıq etdikləri vaxt göstərilməklə, 4 nəsil fransız şahlarının siyahısı verilmişdi. Adlarından başqa, Safonovu onların tarixi ləqəbi maraqlandırırdı (müdrik Karl, ağıllı Karl və s.). Safonov məşhur tarixçilərin məlumatlarını bilmədən şahların ölüm səbəblərini diaqnozlaşdırmalı idi. Siyahıda 18 tac qoyulmuş şəxs var idi. Onların hər birinin ölüm səbəbini aydınlaşdırmaq üçün 2 dəqiqədən 5 dəqiqəyə qədər vaxt lazım idi. Əlbəttə ekstrasens konkret xəstəliyi deyil, zədələnmiş sahəni - "ölüm sahəsini" göstərirdi. 15 şahın ölümü haqqında tarixdə olan məlumat Safonovun təyin etdiyi "Ölüm zonaları" ilə üst-üstə düşürdü.
Belə deyək ki, Safonov "ölüm zonasını" döş qəfəsi, ağ ciyərlər, limfa düyünlərində olduğunu qeyd etdikdə, ölümə səbəb taunun buton forması olmuşdur; "ölüm zonası" ürək, döş qəfəsi olduqda - ölümə səbəb infarkt olmuşdur.
Əvvəllər belə qabiliyyəti qeyri-adi falçılıq halları görmək adlandırırdılar. Falçılıq çox qədim zamanlardan məlumdur. Falçılar indi də mövcuddurlar. Ən məşhura bolqar falçısı Vanqadır, o, yüz yaşdan artıq yaşamışdır (o, 1911-ci ildə anadan olmuşdur). Vanqa kəndli ailəsində doğulmuş, 13 yaşında naməlum səbəbdən kor olmuşdur. 17 yaşında onda gələcəyi görmək qabiliyyəti yarandı. Onun gələcək haqqında dediklərindən 2-sini yada salaq. 1941-ci ildə Vanqanın yanına bolqar padşahı III Boris gəlib, onun ölkəsini və onun özünü nə gözlədiyini soruşdu. Vanqa ölkənin mövcud olacağı haqqında, lakin onun özü isə 23 avqust tarixindən qorxmağın lazım olduğunu dedi. Doğrudan da belə oldu: 2 il sonra 1943-cü il 23 avqustda II Boris naməlum səbəbdən öldü (belə bir mülahizə var ki, III Boris Hitlerin qəbuluna getmiş və onu orada zəhərləmişlər).
V.İ.Safonov Vanqa ilə görüşmüş və 30 dəqiqə söhbət etmişdir. Safonov ona özü haqqında heç bir sual verməmişdir, Vanqa söhbətinin axırında onun 1-ci və axırıncı dəfə evli olduğunu, 2 uşaq atası olduğunu demişdir. Birdən Vanqa həyəcanla soruşdu: Anna İvanovna kimdir? Sənin nəyindir? Safonova bu ad tanış deyildir, ona görə başqa söhbətə keçmək istədi. Müəyyən vaxtdan sonra Safonovun arvadı vəfat etdi, onun ölümündə günahkar olan həkimin adı Anna İvanovna imiş.
Vanqa haqqında o qədər maraqlı hadisələr danışılırdı ki, onların təsadüfən nə iləsə üst-üstə düşməsi və ya şarlatanlıq olduğu şübhə yaradırdı. Vanqa Safonov kimi, özünün beyin qabığı mərkəzlərinin köməyi ilə yerin, kainatın məlumatları sahəsi ilə əlaqə saxlaya bilirdi və oradan lazım olan məlumatları alırdı.
Mən hazırda bir alim və həkimlər tərəfindən ayrı-ayrı şəxslərin "ekstrasensor" qabiliyyətlərinin qəbul edilməsini dəfələrlə qeyd etmişdim.
Alimlərin içində A.N.Medelyanovskini göstərmək olar - o uzun müddət Cuna ilə işləmiş və onun kitabına giriş yazmışdır, Safonov kitabında isə yekun məqaləsi ilə çıxış etmişdir.
Tibb elmləri doktoru, professor A.Simeni də (Rusiya EA Beyin institutunun şöbə müdiri) qeyd etmək olar.
Bir çox beynəlxalq elmi mərkəzlərin və assosiasiyaların rəhbəri, Rusiya Tibb Elmlər Akademiyasının akademiki, RF EA-nın eksperimental və klinik tibb institutunun Sibir şöbəsinin direktoru, dünya elminin hazırda işlətdiyi bir çox ideyalarının müəllifi, dünya şöhrətli alim V.İ.Kaznaçeyevi xüsusilə göstərmək lazımdır. O, Safonovun kitabının redaktorudur; bununla Kaznaçeyev onun fikirlərinin şəriki olduğunu göstərmişdir. Mən bu fəsli bu alimin ekstrasensorika haqqında verdiyi fikirlərlə bitirmək istəyirəm.
O öz hipotezasını 2 №-li, 11 yanvar 1991-ci il tarixli "Tibb qəzetində" belə qeyd edib: 4 milyon ilə yaxındır ki, yer üzündə kosmik cisimlərdə olduğu kimi, canlı orqanizmlərin bir çox formaları yaranır. Onlar zülal-nuklein strukturlarda, eləcə də həyatın sahə təşkili formalarında realizasiya olunurlar. Onların qarşılıqlı təsiri Yerdə həyatın təkamüllüyü deməkdir. Onları zülal-nuklein kimi nəzərdən keçirərək, biz səhvə yol veririk, biz hələ öz biliklərimizin əvvəlindəyik və bu düzgündür, belə ki, ağılsız öz-özümüzü məhv etməyimiz nəinki zülal-nuklein ekologiyanın məhvinə gətirər, hətta sahə formalarına dərin təsir edə bilər... insan Darvinə görə yaranmayıb, intellektin sahə strukturlarının qoloqrafik təşkilinin partlayışı kimi yaranmışdır. "Sonra"... Yer üzərində, Yerin özündə, onun ətrafında insan intellekti qoloqrafik strukturlar şəklində mövcuddur. Başqa sözlə, ətrafda hər şey canlı və düşünəndir. İnsan tamamilə doğru olaraq, özünü Yer üzərində yeganə intellekt daşıyıcısı hesab edir". Yenə: "Yerin bu intellektual qoloqrafik həyatı ilə xüsusi psixikaya malik olan insanlar sahə kontaktlarına girə bilirlər". Onlardan Blavatskaya, Yelena Rerix və digərləridir.
Belə bir şərh vermək istəyirəm. Elena Blavatskaya - XIX əsrin II yarısının məşhur filosofu və ədəbiyyatşünasıdır. O, Hindistanda Maxatma - müəllim adlanan insanlarla kontaktda olduqdan və Şərq ölkələrin fəlsəfəsini dərin öyrəndikdən sonra canlı və ölmüş insanların "ruhları" ilə danışmaq qabiliyyəti əldə etmişdir. O, öz fikirlərini bir çox əsərlərində göstərmişdir. Sağ ikən onu bu sahədə qəbul etməmişdilər; onun müşahidələri şarlatanlıq və öz-özünü aldatmaq kimi qəbul edilirdi. Hazırda onun haqqında yazır, hörmətini saxlayırlar, onun 8 cildli əsərlərini almaq üçün növbəyə yazılırlar.
Yelena Rerix - məşhur rus rəssamları Nikolayın arvadı, Svyatoslavın anası olmuşdur. Onlar öz həyatlarını Hindistanla bağlamışlar. Öz əsərlərində o qədim Hindistan filosoflarının elmlərini əks etdirmişdi, belə ki, onun hind Maxatmaları ilə şəxsi kontaktları olmuşdur. O təsdiq edir ki, ingilis dilində ondan minlərlə km aralıqda olan öz Maxatmasının səsini eşitmirdi, lakin onun sözləri düşüncəsi tərəfindən qəbul edilib, kağıza köçürülürdü. O, 1949-cu ilə sivilizasiyanın məhv olacağını demişdi; bu məhvin qarşısını insan ağlı ilə almaq olardı, sonra isə məlum oldu ki, sivilizasiyanın 1949-cu ildə məhv olması təhlükəsi yaranmışdı. Məhz 1949-cu ildə ABŞ SSRİ-yə preventiv (qabaqlayıcı) nüvə zərbəsi yetirmək istəyirdi, bu nəinki SSRİ, hətta bütün dünya üçün məhvedici olardı - nüvə qışı bəşəriyyət üçün təhlükəli olan digər mənfi nəticələr ola bilərdi, bu planlar sonralardan məlum oldu.
V.H.Kaznaçeyev demişdir ki, hazırda yaşayan insanlar arasında keçmiş nəsillərdən miras qalmış həyatın sahə formaları, sahə intellektləri ilə kontaktda olmaq qabiliyyətindən istifadə edən şəxslər var. Akademik onlardan birini - Vanqanı göstərir.
Beləliklə, tam məlumat sahəsi - mövcud olan, mövcud olmuş, kiminsə proqramlaşdırdığı gələcək obyektlər, kainatda dolmuş həyatın sahə formaları, bizim ağlımızla hələ qəbul olunmamış naməlum hər bir şey haqqında məlumatlar "bankıdır" . Bizim başa düşmədiyimiz hələ çox şey var, onları özümüzdən uzaqlaşdırmaq olmaz, onları öyrənmək, onlara diqqət yetirmək lazımdır. Onların köməyi ilə ömrü uzatmaq, xəstəliklərə qarşı mübarizə aparmaq olar. Bunu inkar etmək, "bu ola bilməz, çünki mümkün deyil" - demək asandır. Məhz elmi şəxsiyyətlərin - "bu ola bilməz" fikirlərinə görə genetikanın, kibernetikanın və digər elmlərin inkişafı zəifləmişdir.
Nə üçün ola bilməz? Ekstrasenslər var, əgər onlar tiblə kontaktda işləyirlərsə, onlar tibbə kömək edə bilərlər, onlara inanmaq lazımdır, onlar bizim xəstəliklərimizin qarşısını almaq üçün çox işlər görürlər. Özü öyrənən ekstrasenslərdən özünüzü gözləyin, çünki onlar tiblə kontaktdan qaçırlar, onlar zərər gətirə bilərlər, məs: Y.Tarasov.
Biz qeyri-ənənəvi təbabətin digər sahələrindən danışmışdıq. Xalq arasında qeyri-ənənəvi təbabətin bir çox xeyirli cəhətlər var, tibbin kömək edə bilmədiyi sahədə onlar çox gözəl nəticələr əldə edə bilirlər. Hazırda xalq təbabətçiləri tibb tərəfindən qəbul edilirlər, onlar müştərək işləyirlər, əgər müştərək işləmirlərsə onlardan uzaq olmaq lazımdır. Onların arasında sadəcə olaraq nəinki savadsız, eləcə də vicdansız, insafsız insanlar ola bilər. Onlardan uzaq olmaq məsləhətdir.


Tarix: 10.01.2013 / 13:17 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 1319 Bölmə: Saglamliq