beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Antibiotiklərdən çoxlu istifadə zərərlidir

Məlumata görə antibiotiklərdən çoxlu miqdarda istifadə insan sağlamlığına zərərlidir. Həkimlərdə bundan ifrat istifadənin düzgün olmadığını bildirib.
Onların sözlərinə görə antibiotiklərdən çoxlu istifadə zamanı preparatın tədricən müalicəvi təsirləri zəifləyir.
Cenevrədə yerləşən Dünya Səhiyyə Təşkilatı bildirib ki, antibiotikdən həkim resepti olmadan istifadə edilməməlidir.
Həkimin göstərişi ilə belə mümkün qədər az istifadə olunmalıdır.
Sərhədsiz Həkimlər Təşkilatından Jan Batist Ronatın dediyinə görə, insanlar özləri bilmədən belə, antibiotik qəbul edirlər, məsələn, antibiotik verilmiş heyvan əti yeyənlərdə bu qrupa aiddir. İki başlıca təhlükə bundadır ki, antibiotiklərin ərzaqlarda istifadə edilməsi və heyvanlara verilməsi qidada antibiotikin artması ilə nəticələnib.
Məlumatda oda bildirilir ki, 2001-ci ildən bəri Avropada buna qadağalar tətbiq edilib. Buna baxmayaraq Avropa səhiyyəsində antibiotiklərdən istifadə olunub.
Adamlar adi soyuqdəymədə belə antibiotiklər işlədiblər. Bu cür hallar isə son nəticədə düzgün müalicə proseduralarını aşdığından insan sağlamlığına yaxşı təsir göstərmir.


Tarix: 08.01.2015 / 11:19 Müəllif: Aziza Baxılıb: 51 Bölmə: Saglamliq