beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şahmar Əhmədov - Xatirələr

Şahmar vardı bu dünyada -AMEA Aşkarlar Kimyası İnistutunun labaratoriya müdiri, texnika elimlər doktoru, professor Ələddin Əhmədov
Göyçə deyəndə yada ilk olaraq aşıq Ələsgər, aşıq Alı düşür. Ancaq Göyçə yalnız aşıqları ilə deyil, şairləri, alimləri, rəhbər işçiləri ilə də məşhuruldur. Belə adamlardan biri də, adı Yunis Rzayev, Tapdıq Əmiraslanovla yanaşı çəkilən, onlarla eyni dövürdə yaşamış Şahmar Əhmədovdur. Şahmar Əhmədov yüksək prinsipiallığı və peşəkarlıqı ilə seçilən əsl mənada xalq hakimi idi. Mən onun qardaşı oğluyam Şahmar Əhmədovun ömrünün son illərini(1965-1972) mən çox yaxşı xatırlayıram və bir çox hadisələr mənim gözümün önündə baş verib. Şahmar əmim Göyçədən kənarda işləyib. Kəndimizə gələndə hamı onun görüşünə gəlirdi, əsl şənlik yaşanırdı, sanki toy-bayram idi. O çox səmimi və mehriban adam olduğundan, ətrafındakılar ondan çəkinməzdilər, öz dərdlərini əmimə deyərdilər. Əmim isə onlara çox diqqətlə qulaq asar və əlindən gələn köməyi əsirgəməzdi. Sadə adamlarla oturub durmağı çox sevərdi, hətta onların uşaqlarına kirvəlik edərdi. Göstərdiyim illərdə mən tələbə idim və yay tətillərində çox vaxt əmimə baş çəkmək üçün onun işlədiyi rayona-Amasiyaya gedərdim. Belə səfərlərin birində, səhər-səhər evdə oturmuşduq ki, qapının zəngi çalındı və bir nəfər içəri girdi. Salamlaşandan sonra söylədi ki, Əhmədov əmi( ona belə müraciət edərdilər) ayaqyalın qalmışam mümkünsə köhnə ayaqqabılarından mənə ver. Əmim uşaqlara dedi ki, o alıb gətirdiyim ayaqqabını gətirib verin bu adama. Təzə ayaqqabıları götürmək istəməyən “qonaq” sonra çox məmnuniyyətlə “hədiyyə”ni qəbul edib, təşəkkür edərək getdi. Evdəkilər əmimi danladılar ki, təzə ayaqqabıları niyə verdin. Əmim isə cavabında – “köhnə ayaqqabı vermək xalq hakiminə yaraşmaz” dedi. Sonra öyrəndim ki, həmin adam kalxozun sürücüsü imiş və çətin dolanırlarmış. Əmim məhşur adamlarla da dostluq edər, onlara hörmət göstərərdi. Yazıçı Əkbər Yeravanlı tez-tez əmimin qonağı olardı, məhkəmə proseslərində iştirak edərək, gələcək əsərləri üçün mövzular seçərdi. Xalq artisti Şövkət Ələkbərova və Rəhilə Həsənovanın şərəfinə Amasiyada elə bir qəbul düzəltmişdi ki, onun səs-sorağı hələ də danışılmaqdadı. Rəhilə Həsənovaya şeir də ithaf etmişdı. Sənət əhlinə hörməti böyük idi. O dövrün aşıqları tez-tez əmimin qonağı olardılar, İsgəndər Ağbabalı əmimin şeirlərini aşıq mahnılarında ifa edirdi. Onu qeyd etmək istəyirəm ki, Şahmar Əhmədov kimi insanlar dünyaya tək-tək gəlir. Bu sözləri əmim olduğuna görə demirəm, onun yaşadığı dövürdə mənim 18-24 yaşım olub və onu o, dövürdə o qədər də qiymətləndirə bilməmişəm. İndi xeyli zaman məsafəsindən, olanları ağıl süzgəcindən keçirərək belə qənaətə gəlirəm ki, əmim çox böyük ürəyə malik bir insan, sədaqətli dost, etibarlı yoldaş, insanların köməyinə çatan əsl mənada xalqın hakimi imiş. Oğul həsrətilə yaşayırdı və nəhayət onun bircəsi - Tahiri dünyaya gəldi. Təəssüf ki, o, Tahirin toyunu görmədi, vaxtsız əcəl onu dostların, qohumların, həmkarların əlindən aldı. Indi ondan acılı-şirinli xatirələr yaşayır, onu tanımayanlar əmimi çox hörmətlə yad edirlər və deyirlər ki, bəli Şahmar vardı bu dünyada. Əmimin işlədiyi dövürdə də erməni məhkəməsi özünü göstərməkdə idi. Ermənistanda törədilmiş ağır və dolaşıq cinayətlərin məhkəməsi əmimə həvalə edilərdi. Məqsəd isə kiçik bir səhv və diqqətsizlik aşkar edilsin və o vəzifədən götürülsün. Anacaq Şahmar Əhmədov mahir bir hüquqşunas kimi bu sınaqlardan məharətlə çıxırdı və cinayətlər açılaraq, cinayətkarlar ifşa edilib, öz layiqli cəzalarına çatırdı. Dəfələrlə belə cinayətlər Leninakanda, Krasnoseloda törədilmiş və cinayətkarların məhkəməsi Əhmədovun sədirliyi ilə aparılmışdı. Təcrübəli hüquqşunas kimi o, Gürcüstan və Orta Asiya respublikalarına hakim kimi göndərilmişdi. Sonda onu qeyd etmək istəyirəm ki, əmim dəhşətli nərd azarkeşi idi və nərd oynamağı çox sevərdi. Onu udmaq çətin məsələ idi və təsədufən kimsə ona qalib gəlsəydi, əmim onu udmamış nərdtaxtanın arxasından durmazdı. O qədər peşəkar onayırdı ki, ətrafındakıların diqqətini cəlb edərdi. Bütün xanalara özünə məxsus qiymət verərdi. Xatirələrimi kiçik şer parçası ilə bitirmək istəyirəm.

Şahmar vardı

Necə deyim, dilim gəlmir

Şahmar vardı bu dünyada

Necə yazım əlim gəlmir

Şahmar vardı bu dünyada

Təkcə adı-sanı vardı

Uca dağ, zirvəsi qardı

Vaxtsız əcəl tez apardı

Şahmar vardı bu dünyada

El içində adı yaşar

Xatirələr aşar-daşar

Adı nəvəsində yaşar



'Potensial qatilini bağışlayan böyük insan'… Mahirə Əhmədova
Amasyianın qışını görənlər bilir. Qış fəsilində Amasiyaya bir metrdən çox qar düşür və qış çox sərt keçir. Və məhz belə qış axşamlarından birində atam, anam və mən bizimlə üzbəüz binada yaşayan, atamın həmkarı, “çopur” ləqəbli erməni vəkilin dəvəti ilə onlara qonaq getmişdik. Dəqiq vaxtı xatirimdə deyil, lakin bilirəm ki, biz evimizə qayıdanda küçələr boşalmışdı, insanlar evlərinə yığışmışdılar. Qonaq getdiyimiz evdən geri qayıtmaq üçün magistral yolu keçməli idik…

Və hər şey məhz biz o yolu keçərkən baş verdi. Yolu keçdiyimiz yerdən təqribən 10-15 metr aralıda dayanmış nəhəng bir traktor (traktorun dayandığı yerlə bizim yolu keçdiyimiz nöqtə arasındakı məsafənin cəmisi 10-15 metr olduğunu sonralar valideyinlərim söyləyirdi) qəfildən işə düşdü, vahiməli bir gurultu ilə üzərimizə doğru hərəkət etməyə başladı. Atam cəld əyilərək məni qucağına götürdü. Bizə çatmağa az bir məsafə qalmış traktor yerində bir neçə dəfə fırlanaraq dayandı. Qəfil baş verən hadisə valideynlərimi həddindən artıq təlaşa saldı. Atam anamla məni evə yola salaraq özü hadisə yerinə qayıtdı... Çox sonralar anamın xatirələrindən bildim ki, bu, atama, onun ailəsinə qarşı yönəlmiş alçaq bir sui-qəsd idi. Sürücü etiraf edibmiş ki, ona Amasiyadakı bir nəfər naməlum nüfuzlu Azərbaycanlının qətli sifariş olunubmuş. Sürücü ilk başda təklifi qəbul etmişdi. Lakin sifarişin icrası zamanı atamı qarşısında görərkən onu tanımış və dərhal Şahmar Əhmədovu qətlə yetirmək fikrindən daşınaraq traktoru yerində bir neçə dəfər fırlatmaqla sifarişin icrasını başa çatdırmamışdı… …Sifarişçinin kimliyi atama bəlli olmuşdu. Çünki sürücü atamla təkbətək görüşdə onun kimliyini açıqlamışdı. Lakin atam sifarişçinin kim olduğunu ömrünün sonunadək kimsəyə söyləməmişdi. O, hətta sürücünü belə bağışlamışdı! Bunun bir sui-qəsd olduğunu anlamaq üçün o zaman mən çox kiçik idim. Amma uzun illər öncə baş verən hadisə indi də bir kinolenti kimi gözlərimin önündə canlanır… 1939-cu ilin iyun ayı idi. İkinci dünya müharibəsinin başlamasına az bir zaman vardı. Belə bir vaxtda Bakıda hüquq fakultəsini bitirmiş Şahmarın təyinatını Amasiya rayonuna göndərirlər. Amasiya rayonu coğrafi mövqeyinə görə Türkiyə ilə həmsərhəd olan Kiçik Qafqaz dağlarının əhatəsində yerləşir. 1941-ci ilin yayında başlayan Böyük Vətən müharibəsi hər bir sahədə öz ağırlığını göstərirdi. Eləcə də İrəvan Pedaqoji Texnikomunda təhsil alan tələbələrə də. 1942-ci ildə texnikomun məzunları Amasiya rayonuna səfərbər edilirlər. Qızlardan ibarət məzunlar Amasiya rayonuna aid olan kəndlərin məktəblərinə müəllim vəzifəsinə təyin olunurlar. Həmin qızların arasında Bakı Dövlət Universitetinin rektoru Abel Məhhərrəmovun anası Şəfiqə xanım, sonrakı illərdə bizim birinci sinif müəlliməmiz olmuş Ceyran xanım Zeynalova, eləcə də anam Lətifə xanım Abbasova da var idi (Anam sonralar xatirələrində qarlı qış günündə sal duz daşıyan arabanın üstündə Amasiyaya necə gəldiklərini danışardı.) Anamı isə Şurabad kəndinə dərs hissə müdiri təyin edirlər. Müharibədən sonra qızların bir qismi geriyə qayıtdı, bir qismi isə ailə qurub həyatlarını Amasiya rayonunda davam etdirdilər. Anam da həmin ailə quranların sırasında idi.

Mükafatları
Şahmar Əhmədov bir sıra mükafatlara layiq görülmüşdür.


Tarix: 09.02.2015 / 16:21 Müəllif: Feriska Baxılıb: 231 Bölmə: Qərbi Azərbaycan