beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sürməli

Tarixi
1919-cu ildə Paris sülh konfransında Azərbaycan Demokratik Cümhuriyyətinin memorandumunda İrəvan quberniyası (bura Naxçıvan, Şərur-Dərələyəz, Sürməli qəzaları, Yeni Bəyazid, Eçmiədzin, İrəvan və Aleksandropol qəzalarının bir hissəsi daxil edilmişdi) Azərbaycanın keçmiş inzibati-ərazi bölgüsü kimi təqdim edilmişdi. (Cəmil Həsənov. Azərbaycan beynəlxalq münasibətlər sistemində, 1918-1920-ci illər, Bakı, 1993, səh. 203-204)

1918-1919-cu ildə erməni silahlı qüvvələri tərəfindən Sürməlidə 75 yaşayış məntəqəsi yerlə yeksan edilmiş, yüz minlərlə əhali qırılmış və öz etnik ərazilərindən qaçqın düşmüşdü. (Azərbaycan Respublikası Dövlət Arxivi, f.894, siy.10, iş 80, v. 49-56;)

1826-1828- ci illər Rusiya-İran və 1828-1829-ci illərdə Rusiya-Türkiyə müharibələri nəticəsində Sürməli mahalında dağıdılmış kəndlərin siyahısı
1.Vəlican, 2.Talasavan, 3.Abbasabad, 4.Sərhəngabad, 5.Rəsullu, 6.Zəngan, 7.Hacı Abbas, 8.Saxsalı, 9.Atlıca, 10.Qaraçılı, 11.Mərhava, 12.Çıraxlı, 13.İstinax-Çıraxlı, 14.Urumuş, 15.Ərgöv, 16.Göyumus, 17.Qurğan, 18.Qaraçay, 19.Əli Malik, 20.Zor, 21.Əlikeçən, 22.Quşçu, 23.Karvansaray, 24.Əsmə, 25.Quyuca, 26.Çıraxçı, 27.Sarı Hasar, 28.Muça.

1828-ci ildə Sürməli mahalında kəndlərin siyahısı
1.Arkuri, 2.Rəhmətabad (Ramazankəndi), 3.Həsənabad, 4.Süleymanabad, 5.Cənnətabad, 6.Daşburun, 7.Toxanşahlı Qacar, 8.Göyçəli, 9.Toxanşahlı Bayat, 10.Şirəçi, 11.Səfərqulu, 12.Əlican, 13.Hüseyn kəndi, 14.Mürşüd Əliqışlağı, 15.Zülfüqar, 16.Tecirli, 17.Evcilər, 18.Amarat, 19.Nəcəf Əli, 20.Qazıqışlağı, 21.Ələtli, 22.Panik, 23.Qızıl Zakir, 24.Qazançı, 25.Sarıçoban, 26.Ağaver, 27.Ağ Məhəmməd, 28.Ərəbkirli, 29.Molla Əhməd, 30.Yaycı, 31.Quzukənd, 32.Qasımcan, 33.Blur, 34.Ağ veis, 35.Əli Qəmərli, 36.Xoşxəbər, 37.Xəlifəli, 38.İydir, 39.İbrahimabad, 40.Baharlı, 41.Arxacı, 42.Mələkli, 43.Qaraqoyunlu, 44.Daşlıca, 45.Siçanlı, 46.Qızılqula, 47.Güllücə, 48.Molla Qəmər, 49.Çançavat, 50.Qulp.


Tarix: 09.02.2015 / 16:15 Müəllif: Feriska Baxılıb: 165 Bölmə: Qərbi Azərbaycan