beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Babakişi

Babakişi — 1972-ci ilə kimi Abaran rayonunun tərkibində kənd.

Map of Amberd.gif
Tarixi
İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Nairi rayonunda kənd. Nairi rayonu yaradılanadək 1972-ci ilə kimi Abaran rayonunun tərkibində olmuşdur. Rayon mərkəzindən 27 km cənub-şərqdə, Zəngi çayından axan arxın yanında yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Kənddə X-XIV əsrlərə aid tarixi abidələr vardır.

Toponim Babakişi şəxs adı əsasında əmələ gəlmişdir. Antropotoponimdir. Quruluşca sadə toponimdir. Kəndin adı dəyişdirilib Bujakan qoyulmuşdur.

Əhalisi
Kənddə 1831-ci ildə 72 nəfər, 1873-cü ildə 268 nəfər, 1886-cı ildə 435 nəfər, 1897-ci ildə 431 nəfər, 1904-cü ildə 483 nəfər, 1914-cü ildə 573 nəfər, 1916-cı ildə 471 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə kənd erməni təcavüzünə məruz qalaraq yerli sakinlər-azərbaycanlılar tarixi-etnik torpaqlarından deportasiya olunmuş və Türkiyədən köçürülən ermənilər yerləşdirilmişdir. Lakin bəzi erməni mənbələrində tarixi faktlar təhrif edilir. Belə ki, 1831, 1873-cü illərdə burada azərbaycanlılar yaşadığı halda, həmin illərdə yaşayanlar ermənilər kimi göstərilir. Ermənilər Babakişi kəndinə 1918-ci ildən sonra gəlmişdir. Lakin ermənilərin buraya səhv olaraq 1829-cu ildə gəldiyi göstərilir. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra kənddə ermənilərlə yanaşı, 1922-ci ildə 4 nəfər, 1931-ci ildə 4 nəfər azərbaycanlı yaşamışdır. Onlar 30-cu illərin ortalarında sıxışdırıhb kənddən çıxarılmışdır. İndi ermənilər yaşayır.


Tarix: 06.02.2015 / 18:19 Müəllif: Feriska Baxılıb: 60 Bölmə: Qərbi Azərbaycan