beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Çəmbərək rayonu

Çəmbərək - Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Göyçə mahalı (5 kənd) və Qaraqoyunlu mahalı (5 kənd xaric) ərazisində rayon. Hazırda Ermənistanın Geğarkunik marzının (vilayət) tərkibindədir.

1937-ci il dekabrın 31-də yaradılıb. Həmin ilə qədər Dilican rayonunun tərkibinə daxil olub. Ərazisi 697 kv km-dir. Rayon mərkəzi Ağstafaçay çayının qolu olan Getik çayının sahilində yerləşən Qırmızıkənd (dəyişdirilmiş adı Mixaylovka, Krasnoselsk) qəsəbəsidir. Rayon mərkəzindən İrəvan şəhərinə olan məsafə 125 km-dir.

Rayon ərazisində malakanlar da yaşayırdılar. Onlar bu ərazilərə XVIII əsrin əvvəllərinə Çar Rusiyası tərəfindən köçürülmüşlər. 1918-1919-cu illərədə bu ərazilər də ermənilərin hücumlarına məruz qalmışdır. 1920-ci iln sonuna kimi Gəncə (Yelizavetpol) quberniyasının Qazax qəzasının Çəmbərək nahiyyəsi kimi Azərbaycanın tərkibində mövcud olan Çəmbərək rayonunun ərazisində o vaxtlar cəmi iki erməni kəndi vardı: Çəmbərək və Qoturbulaq. Bu ermənilər də İrəvan xanlığı Çar Rusiyası tərəfindən işğal edildikdən sonra Anadoludan köçürülmüşdür. SSRİ dövründə isə erməniləri bu yerlərə köçürməklə daha üç erməni kəndi yaradıldı: Yeni Başkənd,Martuni və Orconokidze.

Çəmbərəkin Azərbaycandan qoparılması Ermənistanda SSR-in qurulması ilə bağlıdır. Belə ki,XI rus ordusu Qərbi Azərbaycanda Ermənistan SSR qurduqdan sonra 1920-ci ildə Göyçə və Qaraqoyunlu Azərbaycandan alınaraq Ermənistan SSR-ə verildi.Bu 6000 kv km-lik bir ərazi idi.1938-ci ildə Azərbaycanın Gədəbəy rayonunun Köhnə Başkənd kəndi də yenicə rayon statusu almış Çəmbərək rayonuna tabe edildi.

Çəmbərək rayonunun bir hissəsini də Qaraqoyunlu ərazisi təşkil edir. Əsas hissəsi Çəmbərək rayonunun tərkibinə daxil olan Qaraqoyunlu dərəsi Dilican dərəsi ilə Soyuqbulaq yaylasının arasında yerləşir. Çar Rusiyası dövründə buralar da Gəncə (Yelizavetpol) quberniyasının Qazax qəzasına daxil olub.

Çəmbərək rayonu Murğuz və Şahdağ silsilələri ilə əhatə olunub. Adatəpə (h.2427m), Çaldaş (h.2743m), Qoşadağ (h.2901m) zirvələri də rayonun ərazisində yerləşir.

Çəmbərək rayonunun kəndləri - Qaraqaya, Yanıqpəyə, Çaykənd, Gölkənd, Bəriabad, Əmirxeyir, Toxluca, Ardanış, Ağbulaq, Cil, Şorca, Qoturbulaq, Cıvıxlı

1988-ci ilə qədər azərbaycanlıların yaşamada davam etdikləri və həmin il tərk etməyə məcbur olduqları yaşayış məntəqələri: Cil, Ardanış, Şorca, Toxluca, Gölkənd, Çaykənd, Əmirxeyir, Bəriabad, Yanıqpəyə, Ağbulaq, Cıvıxlı, Qaraqaya, Qırmızıkənd və s.


Tarix: 07.02.2015 / 14:01 Müəllif: Feriska Baxılıb: 47 Bölmə: Qərbi Azərbaycan