beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Loru mahalı

Azərbaycanın tarixi mahallarından biri.

Borçalı Rusiya tərəfindən işğal edildikdən sonra, 12 sentyabr 1801-ci ildə Gürcüstan quberniyası daxilində Borçalı distansiyası yaradıldı. 1880-ci ildə Tiflis quberniyası daxilində Borçalı qəzası təşkil edilir və onun ən böyük nahiyəsi də Loru olur. Loru Borçalının dağlıq hissəsini təşkil etdiyindən ona Dağ Borçalısı da deyirlər. Bu ərazidə bir vaxtlar Loru şəhərinin mövcudluğu və həmin şəhərin 1236-cı ildə monqollar tərəfindən dağıdıldığı, XIV-XV əsrlərdə yenidən bərpa olunduğu, XV-XVIII əsrlərdə Osmanlı və İran hücumlarına məruz qaldığı yazılır.

1918-ci ildə erməni daşnak hökumətinin silahlı qüvvələri qəflətən hücum edərək Loru və Pəmbək mahalı ərazilərini işğal edir. 1919-cu ilin yanvarında Tiflisdə keçirilən Ermənistan-Gürcüstan konfransında Borçalı qəzası (əslində Loru nahiyəsi) neytral zona elan edilir. 1920-ci ilin sentyabrında türk qoşunlarının Gümrünü tutmasından narahat olan Gürcüstan hökuməti Loru neytral zonasına nəzarəti öz üzərinə götürür.

1921-ci ildə isə Gürcüstan və Ermənistan bolşevik hökumətləri arasında Lorunun Ermənistana verilməsi haqqında razılıq əldə edilir. 1922-ci il dekabrın 22-də Vorontsovka bölgəsi də Ermənistanın Loru-Pəmbək qəzasına qatıldı. Beləliklə Ermənistanın inzibati bölgüsündə Loru mahalı 4 rayon- Barana rayonu, Allahverdi rayonu, Cəlaloğlu rayonu və Vorontsovka rayonu şəklində öz əksini tapdı.

Mahalın kəndləri
İlməzli kəndi
Qızılşəfəq kəndi
Evli kəndi
Soyuqbulaq kəndi
Qızıldaş kəndi,
Qaraqala kəndi,
Qaraisə kəndi,
Dəmirçilər kəndi,
Sarəyal kəndi


Tarix: 07.02.2015 / 14:08 Müəllif: Feriska Baxılıb: 81 Bölmə: Qərbi Azərbaycan