Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kənkan

Kənkan — Ermənistan Respublikasının Kotayk mərzində kənd. Kəkan bələdiyyəsini (erm.: e. Հատիս համայնքի, l. Hatis hamayanki) təşkil edir. Ermənistan SSR-idə 9 sentyabr 1930-cu ildə Ellər rayonu təşkil edildikdə Kənkan kəndi də onun tərkibinə qatılmışdır. 1 yanvar, 1948-ci il vəziyyətinə görə Kənkan kəndi Dəvəxaraba və Qızqala kəndləri ilə birlikdə Kənkan kənd sovetliyini (rus. Кянкянский сельсовет) təşkil edirdi. Bu sovetliyin ərazisi qeyd edilən tarixdə 48 km² idi və bu göstərici ilə o bütün rayon ərazisinin (880 km²) 5.45%-ni təşkil edirdi. Kəndin adı Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 25 yanvar 1978-ci il fərmanı ilə rəsmən Hatis (erm. Հատիս) olaraq dəyişdirilmişdir və hazırda bu cür adlanmaqdadır.

Toponim
Toponim fars dilində "quyu qazan, quyuçu" mənasında işlənən "kankan" sözü əsasında yaranmışdır.

Etnik tərkib
Kənddə 1873-cü ildə 548 nəfər, 1886-cı ildə 772 nəfər, 1897-ci ildə 740 nəfər, 1904-cü ildə 939 nəfər, 1914-cü ildə 1144 nəfər, 1916-cı ildə isə 1231 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar ermənilərin soyqırımına məruz qalaraq deportasiya olunmuş və bura xaricdən (İran və Türkiyədən) köçürülən ermənilər yerləşdirilmişdir. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra azərbaycanlılardan sağ qalanları öz yurdlarına dönə bilmişlər. Burada ermənilərdən başqa 1922-ci ildə 72 nəfər, 1926-cı ildə 98 nəfər, 1931-ci ildə 147 nəfər azərbaycanlı yaşamışdır. SSRİ Nazirlər Sovetinin xüsusi qərarı ilə 1947-1948-ci illərdə buradakı azərbaycanlılar zorla Azərbaycana köçürülmüşdür. Hazırda kənddə ancaq ermənilər yaşamaqdadır.


Tarix: 09.02.2015 / 12:06 Müəllif: Feriska Baxılıb: 86 Bölmə: Qərbi Azərbaycan
loading...