beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Çuxursəd Əyalətinin hakimləri

Əmir Sad (XIV əsrin sonu – 1410-cu il);
Pirhüseyn bəy (Əmir Sadın oğlu, 1410-cu ildən);
Piryaqub (Pirhüseynin oğlu, 1420-ci il);
Əbdül ( Pirhüseynin oğlu-1430-cu il);
Uzun Həsən (1447-ci il);
Yaqub bəy Cahan şahın hökmü ilə (1440-cı il);
Həsənəli Qaraqoyunlu (1460-cı ildən);
Div sultan Rumlu (1515-ci ildən);
Hüseynxan sultan (1550-ci ilədək);
Şahqulu sultan Ustacalı (1550-1575-ci illər);
Qara Mustafa (1577-ci il);
Mahmud xan Toxmaq (1576-1583);
Fərhad paşa (1580);
Məhəmməd Şərif paşa (1604-cü ilədək);
Əmirgunə xan Ağcaqoyunlu-Qacar (Şah Abbas dövründə – 1605-1621);
Təhmasibqulu xan Ağcaqoyunlu-Qacar (1635);
Murtuza paşa (1635-ci il);
Kəlbəli xan (1636-1639);
Məhəmməd xan Çaqatay Kötük (1639- 1648);
Xosrov xan (1648-1652);
Məhəmmədqulu xan (1652-1656-cı il);
Nəcəfqulu xan (1656-1663-cü il);
Abbasqulu xan (1663-1666-cı illər);
Səfiqulu xan (1666- 1674-cü illər);
Sarıxan bəy (1674-1675-ci illər);
Səfiqulu xan Pörnək-Türkman (Təbrizli Rüstəm xanın oğlu – 1675-1679-cu illər);
Zal xan (1679-1688-ci illər);
Murtuzaqulu xan (Naxçıvanlı Məmmədrza xanın oğlu- 1688-1692-ci illər);
Məhəmmədqulu xan(1691- 1694-cü illər);
Zöhrab xan (1691-ci il);
Fərzəli xan (1694-1700-cü illər);
Zöhrab xan (1700-1705-ci illər)
Əbdülməhəmməd xan (1705- 1709-cu illər);
Mehralı xan ( 1709-1719-cu illər);
Allahqulu xan (1719-1725-ci illər);
Rəcəb paşa (1725-1728-ci illər)
İbrahim paşa və Mustafa paşa (1728-1734-cü illər);
Əli paşa (1734-cü il);
Hacı Hüseyn paşa (1734-cü il);
Məhəmmədqulu xan (1735-1736-cı illər);
Pirməhəmməd xan (1736-cı il) ;
Xanlıq dönəmi
Xəlil xan (1752-1755);
Həsənəli xan Qacar( 1755-1762-ci illər);
Hüseynəli xan( Həsənəli xanın qardaşı- 1762-1783-cü illər);
Qulaməli xan (Hüseynəli xanın oğlu – 1783-1784-cü illər);
Məhəmməd xan(Qulaməli xanın qardaşı – 1784-1805-ci illər);
Qacarlar dövləti dönəmi
Mehdiqulu xan Dəvəli-Qacar (1805-1806-cı illər);
Marağalı Əhməd xan Müqəddəm (1806-1807-ci illər);
Hüseyn xan Qacar qardaşı Həsən xan ilə birlikdə (1807-1827-ci illər).


Tarix: 09.02.2015 / 16:18 Müəllif: Feriska Baxılıb: 62 Bölmə: Qərbi Azərbaycan