Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Müseyib Axundov

Müseyib Axundov — tanınmış ziyalı, ictimai xadim.

Axundov Müseyib Hüseyinqulu oğlu 1886-cı ildə Zəngəzur mahalının (indiki Laçın rayonu) Minkənd kəndində doğulmuşdur. Təhsilinə XIX əsrin sonlarında Çar Rusiyası tərəfindən açılmış üç illik ilk təhsil məktəbində başlamışdır. Şimal Azərbaycanda Sovet hğkumətinin qurulmasından sonra 1920-ci illərdə müxtəlif vəzifələrdə işləmişdir. 1930-cu illərdə Şuşa pedaqoji texnikumunda hissə başçısı olaraq çalışmışdır. Bu dövrdə Minkənd və ətraf kəndlərdə gənclərin təhsil almasında köməklik göstərmişdir. Ədəbiyyatla yaxından əlaqədar olan Müseyib Axundovun, dövlət nəşriyyatı AzərNəşr tərəfindən 1936-cı ildə "Aprel meyvələri" adlı şeir kitabı çap edilmişdir.

Müseyib Axundov sonralar Minkənd kəndində Rus dili müəllimi olaraq təhsil fəaliyyətini davam etdirmişdir. 1960-cı ildə Laçın rayonundan Azərbaycan müəllimlərinin 4-cü qurultayına nümayəndə olaraq göndərilmişdir. Eyni qurultayda Müseyib Axundov, SSRİ 2-ci dərəcəli yüksək mükafatı olan "Qırmızı Əmək Bayrağı" ordeni ilə mükafatlandırılmışdır.

Müseyib Axundov 1973-cü ildə dünyasını dəyişibdir.


Tarix: 06.02.2015 / 17:12 Müəllif: Feriska Baxılıb: 95 Bölmə: Qərbi Azərbaycan
loading...