beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sərdarabad mahalı

Sərdarabad mahalı — İrəvan xanlığının 15 mahalından biri. Qərbi Azərbaycanda (indiki Ermənistanda) yerləşirdi.

Tarixi faktlar
1830-cu ildə vilayətin idarəsi erməni D.O.Behbudova (1793-1867) tapşırıldı. 1833-cü ildə iyun ayının 23-də çar hökumətinin qəbul etdiyi əsasnaməyə görə, "Erməni vilayəti" adlandırdıqları İrəvan əraziləri 4 dairəyə bölünür:

İrəvan dairəsi. Buraya Dərəçiçək, Qırxbulaq mahalları daxil idi.
Şərur dairəsi. Buraya Şərur, Vedibasar, Qarnibasar, Zəngibasar mahalları daxil idi.
Sürməli dairəsi. Buraya Sürməli, Dərəkənd-Parseniç mahalları daxil idi.
Sərdarabad dairəsi. Buraya Saatlı, Talin, Seyidli-Axsaxlı, Abaran, Karpi, Sərdarabad mahalları daxil idi.
1849-cu ilin 9 iyununda İrəvan quberniyası yaradıldı və quberniya 5 qəzaya bölündü: 1)İrəvan qəzası; 2)Aleksandrapol qəzası; 3)Novobayzet qəzası; 4)Naxçıvan qəzası ; 5)Ordubad qəzası.

Zəngibasar, Sürməli, Şərur, Sərdarabad mahalları İrəvan quberniyasına, Naxçıvan və Dərələyəz mahalı isə Naxçıvan qəzasına aid hesab edildi.


Tarix: 09.02.2015 / 12:06 Müəllif: Feriska Baxılıb: 28 Bölmə: Qərbi Azərbaycan