beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Aşağı Qaranlıq rayonu

Aşağı Qaranlıq - Qərbi Azərbaycanda (indiki Ermənistan Respublikası) Göyçə mahalı ərazisində rayon.

1930-cu il sentyabrın 9-da yaradılıb. Ərazisi 1185 kv.km-dir.Rayon mərkəzi Aşağı Qaranlıq (dəyişdirilmiş adı Martuni) rayonudur. Rayon mərkəzindən İrəvan şəhərinə olan məsafə 130 km-dir.

Bir tərəfdən Göyçə gölünə (dəyişdirilmiş adı Sevan) söykənən rayon digər tərəflərdən Basarkeçər və Göyçə yaylaları ilə dövrələnmişdir.Soylan rayonu ərazisində Arpaçayın üzərindəki Keçid su anbarından başlanan Arpa-Göyçə kanalı Aşağı Qaranlıq rayonunun ərazisindən keçərək rayonun Aşağı Alçalı kəndi yaxınlığında Göyçə gölünə tökülür.Əziznər,Asaymirzə yaylaqları və Səlim aşırımı (hünd.2410 m),Ərmağan (hünd.2829 m) dağları da rayonun ərazisinə düşür.

Aşağı Qaranlıq rayonunun kəndləri - Kolagirən, Mədinə, Aşağı Alıcalı, Əliqırıq, Vəliağalı, Yuxarı Qaranlıq, Göl kəndi, Yuxarı Adıyaman, Aşağı Adıyaman, Dəlikdaş, Təzəkənd, Əbdülağalı, Aşağı Gözəldərə, Zolağac

1948-1951-ci illərdə Aşağı Qaranlıq rayonunun azərbaycanlı kəndlərinin demək olar ki,hamısı bütünlüklə boşaldılmışdır.


Tarix: 07.02.2015 / 13:56 Müəllif: Feriska Baxılıb: 45 Bölmə: Qərbi Azərbaycan