beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yuxarı Körpülü

Tarixi
Rayon mərkəzindən 6 km şimal-qərbdə, Quruçay vadisində yerləşir. Kənd XII əsr tarixi abidəsi olan Sınıq körpünün (Qırmızı körpü) yanında salındığı üçün kənd Körpülü adlandırılmışdır. «Yuxarı» fərqləndirici əlamət bildirir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir.

Keçəl təpə qışlağı
Keçəl təpə - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indiki Barana (Noemberyan) rayonunda qışlaq. Yuxarı Körpülü kəndinin tabeliyində olmuşdur. Burada 1926-cı ildə 14 nəfər azərbaycanlı yaşamışdır. 1930-cu ildə yaşayış məntəqəsi kimi ləğv edilmişdir.

Toponim «ot bitməyən», «çılpaq» mənasını bildirən keçəl sözü ilə «kiçik dağ» mənasında işlənən təpə sözünün birləşməsindən əmələ gəlib, «çılpaq, otsuz, ot bitməyən təpə yanında olan qışlaq» mənasını bildirir. Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir.

Əhalisi
Kənddə 1831-ci ildə 43 nəfər, 1886-cı ildə 361 nəfər, 1897-ci ildə 402 nəfər, 1908-ci ildə 440 nəfər, 1914-cü ildə 427 nəfər, 1916-cı ildə 792 nəfər azərbaycanlı yaşamışdır.

1918-ci ildə kəndin sakinləri ermənilər tərəfindən qırğınlarla qovulmuşdur. İndiki Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra azərbaycanlılar öz kəndlərinə qayıda bilmişdir.

1922-ci ildə burada 523 nəfər, 1926-cı ildə 530 nəfər, 1931-ci ildə 630 nəfər, 1987-ci ildə 2000 nəfər azərbaycanlılar yaşamışdır.

1988-ci ildə azərbaycanlılar Ermənistan döyləti tərəfindən yenidən öz doğma kəndlərindən qovulmuşlar. İndi ermənilər yaşayır.

Görkəmli şəxsiyyətləri
Şəmistan Nəzirli - publisist, nasir, 1985-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Jurnalistlər Birliyinin üzvü (1978), H.Zərdabi adına mükafatın laureatı (2002)
İsa Körpülü - şair və onun saytı İsa (Körpülü) Mansurov - Şair
Rəhim Zeynalov
Elşad Qoca — Yazıçı, tərcüməçi və tədqiqatçı jurnalist, ən yeni tariximizə dair bir sıra dəyərli kitabların müəllifi.
Möhbəddin Səməd


Tarix: 06.02.2015 / 19:11 Müəllif: Feriska Baxılıb: 104 Bölmə: Qərbi Azərbaycan