beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Usta Abdulla

Həyatı
Namazov Abdulla Rəhim oğlu, 1865-ci ildə Göyçə mahalının Zod kəndində anadan olub. Məhz bu səbəbdən də Usta Abdulla xalq arasında, ədəbiyyatımızda anadan olduğu kəndin adı ilə Zodlu Abdulla kimi də tanınmışdır. Folklor toplayıcıları, ayrı-ayrı ədəbiyyat həvəskarları nəşr etdirdiyi toplularda bu sənətkarın şeirlərini həmin iki adla da təqdim edirlər. Bu səbəbdən də bəzən onu bu ad müxtəlifliyinə görə ayrı-ayrı şəxslər kimi təqdim etmişlər. Bu adlardan biri kimi anadan olduğu kəndi, Zod kəndini özündə ehtiva edirsə, digəri sənətkarın sənəti, peşəsi ilə bağlıdır. Usta Abdulla düşüncəsində usta sözü bir termin kimi peşəsindən gəlir. Xalq arasında o, sənəti ilə bağlanan bu adın daşıyıcısına çevrilmiş, şöhrətlənmişdir. Atası Rəhim də xarratlıqla məşğul olmuş, ailəni buradan qazandığı pulla dolandırmışdır.

Usta Abdulla mollaxana təhsili almışdır. Bu təhsil onun yaradıcılığına, şeirlərində dini motivlərin güclənməsinə lazımi qədər təsir etmişdir.

Usta Abdullanın həyatı o qədər də rahat keçməmişdir. 1918-ci il hadisələrindən sonra o, da əziyyətlərlə dolu ömür yaşamaq məcburiyyətində qalmışdır. Azərbaycanın ayrı-ayrı ərazilərində yaşamışdır. 1939-cu ildə Gəncəyə köçmək məcburiyyətində qalmışdır.

Usta Abdulla 1918-ci il hadisəsindən sonra təkrar qeyd edək ki, Gəncəyə köçmüş, ömrünün axırına qədər də orada yaşamışdır. 1943-cü ildə Gəncədə vəfat etmişdir. Qəbri də «İmamzadə» qəbiristanlığındadır. Öz vəsiyyətinə görə orada dəfn olunmuşdur.

Kitabları
Usta Abdulla. Bakı, Gənclik, 1976.


Tarix: 05.02.2015 / 18:27 Müəllif: Feriska Baxılıb: 140 Bölmə: Qərbi Azərbaycan