Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sayalı Sadıqova

Həyatı
Sayalı Sadıqova 1960-cı ildə Göyçə mahalında ziyalı ailəsində andan olmuşdur. 1981-ci ildə Azərbaycan Dövlət Pedoqoji Universitetinin (V.İ.Lenin adına APİ-nin) filologiya fakultəsini fərqlənmə diplomu ilə bitirmiş, həmin il Şuranın qərarı ilə Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun aspiranturasına daxil olmuşdur.

1986-cı ildə "Azərbaycan ədəbi dilində termin-söz birləşmələri" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.

Elmi fəaliyyəti
Sayalı Sadıqova 1984-cü ildən Azərbaycan MEA-nın Nəsimi adına Dilçilik İnstitutunda işləyir. 1997-ci ildə doktoranturanı bitirmiş, 1999-cu ildə "Azərbaycan dilində fizika-riyaziyyat terminologiyasının formalaşması və inkişafı" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.

2000-ci ildən Azərbayjan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunda "Terminologiya" şöbəsinin müdiri və AMEA Rəyasət Heyəti yanında Terminologiya Komissiyasının sədr müavinidir.

S.A.Sadıqova terminologiyanın nəzəri problemlərinə, eləcə də dilçiliyin başqa sahələrinə aid

"Azərbaycan dilində fizika-riyaziyyat terminologiyasının formalaşması və inkişafı" (B., "Elm",1997),
"Azərbaycan dilində izahlı fizika-riyaziyyat terminləri lüğəti" (B., "Elm", 1998),
"Azərbaycan dili terminologiyasının nəzəri problemləri" (B.,"Elm", 2002),
"Azərbaycan dilində terminologiyanın təşəkkülü və inkişafı" (B., "Elm", 2005),
"Терминологические словосочетание в Азербайджанском литературном языке" (B., "Elm", 2007)
adlı monoqrafiyaların, 150-dən artıq elmi məqalənin müəllifi və Terminologiya Komissiyasının xətti ilə çıxan 40-dan artıq terminoloci lüğətin redaktorudur.

Tədqiqatları ümumi dilçilik, terminologiya, ədəbi dil tarixi və s. sahələrlə bağlıdır. Azərbaycan Respublikası Prezidenti Yanında Ali Attestasiya Komissiyasının Ekspert Şurasının, Respublika Elmi Tədqiqatların Təşkili və Əlaqələndirmə Şurasının üzvü və AMEA Rəyasət Heyəti yanında Terminologiya məsələləri toplusunun redaktorudur.


Tarix: 05.02.2015 / 18:22 Müəllif: Feriska Baxılıb: 83 Bölmə: Qərbi Azərbaycan
loading...