beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Gığı

Tarixi
Kığı - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonunda kənd. Rayon mərkəzindən 35 km şimal-qərbdə, Kığı çayının sahilində yerləşir. Burada azərbaycanlılarla bağlı .X əsrə aid tarixi abidə indi də durur. Kənddə 1831-ci ildə 131 nəfər, 1873 - cü ildə 191 nəfər, 1886-cı ildə 254 nəfər, 1897-ci ildə 215 nəfər, 1904 - cu ildə 569 nəfər, 1914 - cü ildə 190 nəfər azərbaycanlı yaşamışdır (415, s.56-57, 134-135). 1918-ci ilin martında azərbaycanlılar ermənilər tərəfindən deportasiya olunımuşdur. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra azərbaycanlılar öz kəndlərinə dönə bilmişdir. Burada 1922-ci ildə 335 nəfər, 1926-cı ildə 265 nəfər, 1931-ci ildə 380 nəfər (415, s.56-57, 134-135), 1939 - cu ildə 491 nəfər, 1959 - cu ildə 570 nəfər, 1970-ci ildə 932 nəfər, 1979 - cu ildə 1115 nəfər azərbaycanlı yaşamışdır (427, s.829). 1988-ci ilin noyabr ayında azərbaycanlılar Ermənistan dövləti tərəfindən tamamilə tarixi-etnik torpaqlarından deportasiya olunmuşdur. İndi burada ermənilər yaşayır.

Toponim türk mənşəli kiği - kiğili etnonimi (305, s.24) əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Kəndin adı erməni dilinə kalka edilərək Geği kimi işlədilir.

Kığı dağı
Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonunda dağ. Hündürlüyü 3343 mdir.

Oronim türk mənşəli kiği etnonimi (305, s.24) əsasında formalaşmışdır. Etnooronimdir.

Kığı çayı
Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonunda çay. Mənbəyini Qazangöl gölündən götürür.

Hidronim kiği türk etnonimini (305, s.24) əks etdirir. Etnohidronimdir.

Kığı qalası
Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonunun Kığı kəndində qala. Qafan şəhərindən 28 km qərbdə, Kığı çayının sağ sahilində yerləşir. Qala uçub dağılsa da, qalıqları indi də durur (85, s.150).

Əhalisi
1988-ci ilə qədər azərbaycanlılar

İqtisadiyyatı
Əkinçilik və heyvandalıq


Tarix: 06.02.2015 / 18:27 Müəllif: Feriska Baxılıb: 77 Bölmə: Qərbi Azərbaycan