beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ardanış - Ardanış yarımadası

22000 hektar ərazini əhatə edən Ardanış yarımadası Ardanış kəndindən cənub-qərbdə, Göyçə gölünün şimalında yerləşir. Nərədüz burnu və Ardanış yarımadası arasındakı məsafə 8 kilometrdir. Burada Göyçə gölü iki hissəyə - böyük və kiçik hissəyə ayrılır. Burada endemik və nadir bitki növləri də daxil olmaqla, 1000-ə yaxın bitki növü, o cümlədən 94 növ ağac və kol bitkisi qeydə alınıb. Bu yarımadanı üç əsas zonaya bölmək olar: sahil zonası (şam, iydə, qarağac və s.) ağaclar, orta hündürlüklü zona (20-100 metr) ərazilər və 100 metrdən yuxarıda yerləşən alp zonası –çəmənliklər. Burada ən hündür yer (2460 metr) Koroğlunun başı adlandırılan zirvədir. Bu zirvədən baxanda Göyçə gölünün sahili boyu (perimetri boyu) salınmış bütün yaşayış məntəqələrini açıq havada seyr etmək mümkündür. Yuxarıda qeyd olunduğu kimi bu yarımadanın Ardanışa aid hissəsində qədim alban kilsəsinin və Adatəpə adlı kəndin qalıqları, eləcə də Keçili deyilən ərazidə siklop formalı Qalaça var idi. Ardanış yarımadasında 30-a yaxın toponimi (təkcə Ardanış ərazisindəki toponimlər nəzərdə tutulur. – müəlliflər) əhatə edən füsunkar təbiət guşələri mövcuddur. Buranın əlverişli iqlimi, coğrafi mövqeyi və ecazkar təbiət mənzərələri hələ sovetlər dönəmində burada o zaman üçün ittifaq əhəmiyyətli iki pansionat – Ardanış kəndinin yaxınlığında və Üçdaş deyilən ərazidə (qonşu Şorca kəndinin yaxınlığında) tikilməsinə səbəb olmuşdu. Ermənistan hökumətinin qərarı ilə 1979-cu ildə bura Sevan milli parkının 4-cü sahəsinə aid edilmişdir. Nə qədər qəribə və acı səslənsə də, qədim oğuz yurdunda ermənilərə aid “milli park” salındı – təəssüf ki, bu reallıqdır.


Tarix: 07.02.2015 / 13:16 Müəllif: Feriska Baxılıb: 58 Bölmə: Qərbi Azərbaycan