Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Karlen Xudaverdiyev

Həyatı
Karlen İsgəndər oğlu Xudaverdiyev 1935-ci il mayın 27-də Qərbi Azərbaycanın Vedinin Böyük Vedi kəndində ziyalı ailəsində anadan olub.

1943-1951-ci illərdə Vedi rayonunun Böyük Vedi kənd orta məktəbində oxuyub.

1951-1953-cü illərdə Ucar şəhər orta məktəbində oxuyub və oranı qızıl medalla bitirmişdir.

1953-1958-ci illərdə BDU-nun Mexanika-riyaziyyat fakültəsinin əyani şö­bə­sin­də təh­sil alıb və oranı fərqlənmə diplomu ilə bitirmişdir.

1958-1961-ci illərdə BDU-nun Mexanika-riyaziyyat fakültəsində aspiranturada oxuyub.

1962-ci ildə «İkinci tərtib qeyri-xətti hiperbolik tənliklər üçün qarışıq məsələnin Furye metodu ilə həlli» mövzusunda namizədlik disertasiyası müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi adı alıb.

1973-ci ildə «Qeyri-xətti hiperbolik tənliklər üçün çoxölçülü qarışıq məsələlər nəzəriyyəsinə dair» mövzusunda doktorluq disertasiyası müdafiə edərək fizika-riyaziyyat elmləri doktoru adı alıb.

Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin 30 oktyabr 2009-cu il tarixli Sərəncamı ilə "Əməkdar elm xadimi" fəxri adı verilmişdir

1958-ci ildən 2012-ci ilə qədər BDU-da çalışmışdır.

10 may 2012-ci ildə vəfat edib.

Ailəli idi, iki övladı var.


Tarix: 06.02.2015 / 16:14 Müəllif: Feriska Baxılıb: 87 Bölmə: Qərbi Azərbaycan
loading...