beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Haqqıxlı

Haqqıxlı (1978-ci ildən Səməd Vurğun, 1991-ci ildən Hovk) - Qaraqoyunlu mahalında kənd. İndiki adı Hovk.
Haqqında
Haqqıxlı Ermənistan SSR-in İcevan (Karvansara) rayonunda, Ağstafa çayı dərəsinin sol yamacında, rayon mərkəzindən 12 km cənub-qərbdə azərbaycanlılar yaşamış kənd. Azərbaycanlı əhalisi 1905-ci ildə 463, 1931-ci ildə 412 nəfər olub. Əhali 1988-ci il faciəli olaylar zamanı kənddən bütünlüklə qovulub.

Tarixi
Haqqıxlı kəndi Qafqaz və Zaqafqaziya diyarı idarəsinin dəyişdirilməsi haqqında 1867-ci il 9 dekabr tarixli çar fərmanı əsasında yaradılmış Yelizavetpol quberniyasının Qazax qəzasına aid olmuşdur. 1918-ci ildən 1920-ci ilə qədər Azərbaycan Xalq Cümhuriyyətinin ərazisi daxilində mövcud olmuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra Qazax qəzasında hərbi inqilab komitəsi yaradıldı. Ermənistanda sovet hökuməti qurulduqdan (1920, 29 noyabr) sonra Qazax qəzası ərazisinin 44,5%-i, o cümlədən 1874-cü il inzibati bölgüsünə görə Azasu, Qaradaş, Qılınc kənd, Uzuntala, Baranin, Qalaçı, Kötikənd, Qoşqotan Külpi, Yeni Dilican, Köhnə Dilican, Karvansara, Qaraqoyunlu, Polad-Ayrım, Xaştar, Başkənd, Küləli, Mixaylovsk, Tatlıkənd, Tovuzqala kəndləri Ermənistanın tərkibində qaldı. Qazax qəzasının Azərbaycanın tərkibində qalan torpaqlarında Qazax, Ağstafa, Tovuz, Gədəbəy, Şamxor rayonları, Ermənistana verilmiş torpaqlarda isə Karvansara (İcevan), Çəmbərək (Krasnoselsk), Şəmşəddil, Dilican rayonları yaradıldı.

Kənddə soyqırım
Haqqıxlı – 1919-cu il. 540 nəfər yaşamışdır. Andranikin quldur dəstəsi camaatı sülh adıyla evlərə toplamış, qapıları baglayandan sonra evlərə od vermişıər. Qaçıb aradan çıxmaq istəyənlər tüfəng ilə nişan alınmış, qılıncla dogranmışlar. Bir gecədə 158 nəfər adam amansızlıqla məhv edilmişdir. 1922-ci ildə salamat qurtaranlardan bir qismi kəndə dönmüş. 1988-ci ildə kənddə yaşayan insanlar yenidən erməni təcavüzünün qurrbanı olmuşlar. Kənd erməniləşdirilmişdir.


Tarix: 06.02.2015 / 18:31 Müəllif: Feriska Baxılıb: 147 Bölmə: Qərbi Azərbaycan