Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Rasim Məmmədov - Mühüm nailiyyətləri

“Səthi potensial çəpərli kontakt hadisələri”, “Əlavə elektrik sahəli real metal-yarımkeçirici makro-, mikro- və nanokontaktlar fizikası” onun əsas tədqiqat apardığı sahələrdir.

Real (yəni, bircins və ya qeyri-bircins kontakt səthi məhdud olan) metal – yarımkeçirici kontaktlarda (MYK) kontakt səthinin həm qeyri-bircinsliyi, həm də onu əhatə edən metal və yarımkeçiricinin sərbəst səthləri ilə məhdudlanması hesabına yarımkeçiricinin kontaktaltı işlək hissəsində əlavə elektrik sahəsinin yaranma hadisəsini kəşf edib.

Düzləndirici və omik real MYK-ların faktiki işlək energetik modelləri və cərəyanaxma mexanizmləri, eyni zamanda MYK diodlarda ənənəvi vaxtından əvvəl elektrik deşilmənin yeni mexanizmini işləyib hazırlayıb.

Əks cərəyanı olmayan MYK diodu, nano-MYK əsaslı günəş elementi və onların hazırlanma üsullarının ixtiralarına patentlər alıb.

Yarımkeçiricilər fizikası və elektronikası sahəsində “Əlavə elektrik sahəli metal – yarımkeçirici kontakt fizikası” adli yeni elmi istiqamət açılıb və bu sahəyə aid rus dilində “Əlavə elektrik sahəli metal – yarımkeçirici kontaktlar, (Bakı, BDU, 2003, 231 s.)” adlı analoqu olmayan ilk monoqrafiya yazıb.

İlk dəfə olaraq hələ 1980-ci illərdə real MYK-ların bir-biri ilə elektriki qarşılıqlı təsirdə olan nano- və mikrokontaktlar toplusundan ibarət olması aşkar edilib, nano- və mikrostrukturların xassələrinin analoji makrostrukturların xassələrindən kəskin fərqləndiyi nəzəri və təcrübi olaraq müəyən edilib və bu fərqin yaranmasının fiziki əsasları işlənib hazırlayıb.

Əlavə elektrik sahəli metal – yarımkeçirici kontakt fizikasına aid “Emissiya qeyri-bircinsliyinin metal – silisium kontaktlarının elektrofiziki xassələrinə təsiri” mövzusunda namizədlik və “Real metal – yarımkeçirici kontaktlarının elektrofiziki xassələri” mövzusunda doktorluq dissertasiyaları yazıb və müvəffəqiyyətlə müdafiə edib.


Tarix: 05.02.2015 / 18:15 Müəllif: Feriska Baxılıb: 22 Bölmə: Qərbi Azərbaycan
loading...