Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kepəşen

Tarixi
Kepəşen - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonu ərazisində kənd. Rayon mərkəzindən 38 km şimal-şərqdə, Kığı çayının yuxarı axarında, Gərd çayı ilə Kığı çayının qovuşduğu yerdə yerləşir (85, s.146).

1930 - cu ildə kolxoz quruluşu yaradılanda Pəhyan təsərrüfatma daxil edilmişdir. 1950-ci illərdə kolxozlar ləğv ediləndən sonra Kığı heyvandarlıq sovxozuna tabe edilmişdir.

Toponim Azərbaycan dəlində «pilləli qaya» mənasında işlənən kəp sözü ilə (253, s.19, 125) türk dilində «yaşayış məntəqəsi» mənası bildirən şenlik sözünün fonetik forması olan şen topoformantı əsasında əmələ gəlmişdir. Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir.

Coğrafiyası və iqlimi
Əhalisi
Kənddə 1897-ci ildə 68 nəfər, 1922-ci ildə 85 nəfər, 1926-cı ildə 45 nəfər, 1931-ci ildə 136 nəfər (415, s.62-63, 136-137), 1959 - cu ildə 1372 nəfər (85, s.146) azərbaycanlı yaşamışdır.

1988-ci ildə noyabrın axırlarında Ermənistan dövləti tərəfindən kəndin sakinləri - azərbaycanlılar tarixi-etnik torpaqlarından deportasiya olunmuşdur. İndi ermənilər yaşayır..

İqtisadiyyatı
Əkinçilik və heyvandalıq


Tarix: 06.02.2015 / 18:32 Müəllif: Feriska Baxılıb: 52 Bölmə: Qərbi Azərbaycan
loading...