beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bala Əfəndiyev

Bala İbrahim oğlu Əfəndiyev — Ermənistanda və Azərbaycanda Sovet hakimiyyətinin qurulması uğrunda fəal mübariz

Həyatı
Bala Əfəndiyev 1893-cü ildə Gəncə quberniyasının Qazax qəzasının çəmbərək (indiki Krasnoselo) rayonunun Çaykənddə kəndində doğulub. O, dünyaya gəlməmiş atası İbrahim kişi dünyasını dəyişib. Əmisi molla Məhəmməd və atalığı Ənməd Hacı Əli oğlu Balanı elə öz kəndlərində molla məktəbinə göndərib. Ancaq balaca Balada elm və sənətə olan böyük həvəsi görüb, ona 1907-ci ildə təzə açılmış rus məktəbinin hazırlıq siniflərində təhsil almağı məsləhət görürlər. Bala Əfəndiyev həmin hazırlıq siniflərində təhsilini davam etdirir.

Ermənistanda və Azərbaycanda Sovet hakimiyyətinin qurulması uğrunda fəal mübariz hər iki respublikada çox yüksək vəzifələrdə çalışmış, sonralar bir çoxları kimi repressiyanın qurbanı olaraq sürgün edilmiş və 1938-ci ildə sürgündə dünyasını dəyişmiş məşhur partiya və dövlət xadimi Bala İbrahim oğlu Əfəndiyevin fəaliyyətinə həsr edilmiş kitablardan götürmək mümkün olmuşdur.

Qaraqoyunluların təkidi və tələbi ilə çaykənd orta məktəbinə Bala Əfəndiyevin adı verilmiş və məktəbin qarşısında onun büstü qoyulmuşdur.

Onu da qeyd etmək yerinə düşər ki, Bala Əfəndiyevin əmisi qızı və eyni zamanda həyat yoldaşı, 1906-cı ildə Çaykənddə anadan olmuş Fatma xanım da ilk təhsilini Çaykənddə almışdır.

Haqqında yazılanlar
Bala Əfəndiyev haqda T.Miralayev 1972-ci ildə "Ayastan" nəşriyyatı tərəfindən İrəvanda nəşr etdirdiyi "Bala Əfəndiyev" adlı bioqrafik oçerki daha tutarlıdır.


Tarix: 06.02.2015 / 15:45 Müəllif: Feriska Baxılıb: 153 Bölmə: Qərbi Azərbaycan