beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yusif Aslanov

Aslanov Yusif Yusubəli oğlu — pedaqoji elmlər namizədi (1987).

Həyatı
Yusif Aslanov 1958-ci ildə Zəngəzur mahalının Qafan bölgəsinin Daşbaşı kəndində anadan olmuşdur. 1978-ci ildə ADPU-nun (keçmiş V.İ.Lenin adına APİ) filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmiş, Qafan bölgəsinin Gığı kənd orta məktəbində dil-ədəbiyyat müəllimi kimi fəaliyyətə başlamışdır. 1987-ci ildə təhsil aldığı institutun aspiranturasını bitirmiş və həmin ildə "Azərbaycan ümumtəhsil məktəblərində dramatik əsərlərin öyrədilməsi sistemi" mövzusunda dissertasiya müdafiə edərək pedaqoji elmlər namizədi alimlik dərəcəsi almışdır. Azərbaycan Müəllimlər İnstitutunda, Bakı Yerli Sənaye Texnoloji texnikumunda pedaqoji fəaliyyətlə məşğul olmuşdur. 2004-cü ildən Sumqayıt Dövlət Universitetində işləyir və hazırda həmin universitetin Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasının müdiridir. Universitetin "Elmi xəbərlər" (humanitar və sosial elmlər bölməsi) jurnalının məsul katibidir. "Azərbaycan dramaturgiyasında folklor ənənələri" mövzusunda doktorluq dissertasiyası üzərində işləyir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fərmanı ilə Tərəqqi meadlı ilə təltif olunmuşdur.

3 kitabın, 70-dən artıq elmi-metodik məqalənin, Təhsil Nazirliyinin qrif verdiyi 11 adda fənn proqramının müəllifidir.

Ailəlidir, 4 övladı, 3 nəvəsi var.

Filmoqrafiya
Bitməyən ömür (film, 2013)


Tarix: 06.02.2015 / 17:20 Müəllif: Feriska Baxılıb: 180 Bölmə: Qərbi Azərbaycan