beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Çiləxanlı

Tarixi
İrəvan quberniyasının İrəvan qəzasında, indi Qəmərli (Artaşat) rayonunda kənd. Kəndin adı erməni mənbələrində Çilixanlı, Çinaxanlı, "İrəvan əyalətinin icmal dəftəri"ndə Çinəxan formasında qeyd edilmişdir.

Coğrafiyası və iqlimi
Ermənistan SSR Artaşat(Qəmərli) rayonunda Gərniçayın Araz çayına qovuşan yerində, yerləşmiş kənd.

Əhalisi
Kənddə qazaxlar türk tayfasından olan qafarlı tayfası yaşamışdır

Kənddə 1831-ci ildə 237 nəfər, 1873-cü ildə 535 nəfər, 1886-cı ildə 569 nəfər, 1897-ci ildə 698 nəfər, 1904-cü ildə 752 nəfər, 1914-cü ildə 827 nəfər, 1916-cı ildə 866 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar soyqırımına məruz qalaraq deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalan azərbaycanlılar öz doğma kəndlərinə dönə bilmişdir. Burada 1922-ci ildə 131 nəfər, 1926-cı ildə 220 nəfər, 1931-ci ildə 246 nəfər azərbaycanlı yaşamışdır. SSRİ hökumətinin xüsusi qərarı ilə 1948-1953-cü illərdə azərbaycanlılar zorla Azərbaycana köçürülərək kənd ləğv edilmişdir. İndi xaraba kənddir.

Toponim muğanlı türk tayfasından ölan çilovxanlı ("çilovxanlı" nəsil adı danışıq dilinin qanunlarına uyğunlaşdınlaraq çiləxanlı formasına düşmüşdür) nəsil adı əsasında əmələ gəlmişdir. Patronim toponimdir. Quruluşca sadə toponimdir


Tarix: 06.02.2015 / 19:14 Müəllif: Feriska Baxılıb: 48 Bölmə: Qərbi Azərbaycan