beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Etibar Hümbətov

Həyatı
Hümbətov Etibar Zülfüqar oğlu 27 iyul 1971-ci ildə Ermənistan Respublikasında anadan olmuşdur.

1992-1995-ci illərdə Bakı Plan-İqtisad Texnikumunu, 1996-2000-ci illərdə Naxçıvan Dövlət Universitetinin hüquq fakültəsini (bakalavr), 2002-2005-ci illərdə isə BDU-nun hüquq fakültəsinin magistraturasını bitirib.

1989-1991-ci ildə keçmiş SSRİ Silahlı Qüvvələrində hərbi xidmətdə olub.

1991-1992-ci illərdə Xətai RİK yanında TTİ-də fəhlə, 1993-2008-ci illərdə Ədliyyə Orqanlarında müxtəlif vəzifələrdə işləmişdir. Məhkəmə-Hüquq Şurasının xətti ilə 2008-ci ildə Türkiyə Respublikasının məhkəmələrində təcrübə kursu keçmişdir.

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2008-ci ildə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi vəzifəsinə təyin edilmişdir.

Ailəlidir, 3 övladı var.


Tarix: 06.02.2015 / 17:29 Müəllif: Feriska Baxılıb: 64 Bölmə: Qərbi Azərbaycan