Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ramin İsayev

Həyatı
Ramin İsayev 1972-ci ildə Göyçə mahalının Basarkeçər bölgəsinin Zərkənd kəndində anadan olub. O, hələ məktəb illərində yaşıdları arasında fərqlənmiş, Azərbaycanda məktəblilər arasında keçirilən ümumrespublika fənn olimpiadasının fizika fənni üzrə qalibi olduğundan Bakı Dövlət Universitetinin fizika fakültəsinə imtahansız qəbul edilib.

O, 1994-cü ildə ali məktəbi fərqlənmə diplomu ilə bitirərək, Yarımkeçiricilər fizikası kafedrasının aspiranturasına daxil olub.

1996-cı ildə çoxmərhələli qəbul prosesində uğurla iştirak edərək 1996-1998-ci illərdə Çexiyada, Praqa şəhərində yerləşən Avropa İqtisadi Tədqiqatlar Mərkəzində doktoral təhsil almaq və işləmək hüququ qazanıb. Ramin İsayev 1998-ci ildə Azərbaycan Respublikası Maliyyə Nazir-liyində Baş iqtisadçı işləyib, 1999-cu ildə BP/Statoil Alyansında işə dəvət edilib. BP və Statoil şirkətlərində bir sıra vəzifələrdə çalışıb.

O, 2000-2001-ci illərdə Amerika Birləşmiş Ştatlarında, Kembric şəhərində yerləşən Harvard Universitetində, Prezident Con Kennedi adına Dövlət idarəçiliyi məktəbində təhsil alıb və dğvlət idarəçiliyi üzrə elmi dərəcə (Mid-career MPA) almışdır.

O, 2001-2002-ci illərdə Norveçdə, Statoil şirkətində (Norveç Dövlət Neft Şirkətində) Baş Vitse-prezidentin Şərq yarımkürəsindəki layihələri üzrə nümayəndəsi, 2002-2003-cü illərdə Azərbaycan Düvlət Neft Şirkəti “Azərneftyağ” İstehsalat Birliyində Baş Direktorun iqtisadi məsələlər üzrə müavini işləyib.

Ramin İsayev 2008-ci ildən 2009-dək Böyük Britaniyanın neft sənayesi müəssisəsi olan KCA DEUTAQ şirkətində Xəzər Regionunda Biznesin inkişafı üzrə menecer işləyib, 2005-ci ildən Mərkəzi Avrasiya Liderlər Alyansının üzvüdür.

O, 2009-cu ildən indiyədək SOCAR-AQŞ MMC-nin Baş direktor vəzifəsində çalışır

O, 2002-ci ildən Xəzər Universiteti və Dövlət İqtisad Universitetində iqtisadiyyat üzrə bir neçə fənlərdən ingilis dilində mühazirələr oxuyur. Gənc alimin indiyə qədər bir nezə kitabı Azərbaycan dilindən ingilis dilinə, eyni zamanda ingilis dilində iqtisadiyyat üzrə olan dərsliyi Azərbaycan dilinə tərcümə edib.

O, siyasi və iqtisadi elmlər üzrə məqalələrin müəllifidir, ingilis, rus, zex, norveç dillərini mükəmməl bilir.

Gənc alimin kitabları hansılardır deyə bilərsinizmi?


Tarix: 05.02.2015 / 18:11 Müəllif: Feriska Baxılıb: 118 Bölmə: Qərbi Azərbaycan
loading...