Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Almaz Ülvi

Həyatı
Almaz Ülvi (Almaz Qasım qızı Binnətova) Göyçə mahalının Kəsəmən kəndində 1960-cı il avqustun 8-də müəllim ailəsində doğulmuşdur. Həmin kənddə orta məktəbi fərqlənmə ilə tamamlamış (1967-1977) və Bakı Dövlət Universitetində ali təhsil almışdır (1978-1984).

1986-1988-ci illərdə Azərbaycan Dillər Universitetinin ikiillik fars dili şöbəsini bitirmişdir.

Almaz Ülvi AMEA Nizami adına Ədəbiyyat İnstitunun "Türk xalqları ədəbiyyatı" şöbəsində baş elmi işçi vəzifəsində çalışır.

1995-ci ildə "Demokratiya və milli müstəqillik uğrunda mübarizənin poeziyada əksi" mövzusunda namizədlik dessertasiyası müdafiə etmişdir.

2010-cu ildə Almaz Ülvi "XX əsr Azərbaycan ədəbiyyatşünaslığında özbək klassiklərinin yaradıcılığı" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.

1984-1993-cü illərdə “Ədəbiyyat və incəsənət” qəzetində, 1993-1997-cü illərdə “Dövlət Əmlak Komitəsi”ndə mətbuat xidmətinin rəhbəri kimi və 1997-ci ildən hal-hazıra kimi "Xalq qəzeti"nin "Ədəbiyyat və incəsənət" şöbəsində çalışır. 25 ilə yaxındır ki, mütəmadi olaraq mətbuat orqanlarında elmi, ədəbi, tarixi publisistik məqalələri ilə çıxış edir. Müxtəlif qəzet və jurnallarda, kitab, almanax və elmi toplularda, dünyanın bir sıra tanınmış beynəlxalq jurnallarında türk, özbək, rus, ingilis, gürcü, tatar və s. dillərdə elmi məqalələri çıxıb. Ümumiyyətlə isə, Azərbaycanda və xaricdə 400-dən yuxarı məqaləsi işıq üzü görüb.

1990-cı ilin may ayında Ülvi Bünyadzadənin təhsil aldığı Xarici Dillər Universitetində "Ülvi Bünyadzadə Xatirə Muzeyi" yaratmışdır.

Gənc şəhid şair Ülvi Bünyadzadəyə həsr olunmuş "Ülviləşən Ülvim" və "Poeziyada milli-azadlıq duyğuları" kitablarının müəllifi, "Ülvi duyğularım" (55 səh.), "Bir ölümün acığına" (256 səh.), "Ömrüm sənin eşqindi" (256 səh.), "Sənin oxşarın bənövşədi" (495 səh.), “Omür yolu (poema 2 dildə), “Omür yolu (poema 5 dildə) kitabların, eləcə də bir sıra digər kitabların toplayanı, tərtib edəni, nəşrə hazırlayanı və ön sözünün müəllifidir. Bir çox gənc şairlərin ilk kitablarına ön söz yazıb.

Almaz Ülvinin Daşkənddə, İstanbulda, Ankarada, Bişkekdə, Tbilisidə, Quzey Kıbrısda və s. ölkələrdə dəfələrlə elmi simpozyum və elmi konfranslarda məruzələri dinlənilmişdir.

2014-cü ilin avqust ayında Bişkek şəhərində yaradılan “Türk Dünyası Vətəndaşlığı və Türk Dünyası Eğitimciler Birliği” təşkilatina 2015-ci ilin yanvar ayında üzv seçilmişdir.

Atilla adlı jurnalın təsisçisi və baş redaktorudur.

Ailəlidir. Atilla adlı bir oğlu var.

Qasım Binnətovun qızıdır.
Ülvi Bünyadzadənin və Könül Bünyadzadənin bibisidir.


Tarix: 05.02.2015 / 16:33 Müəllif: Feriska Baxılıb: 278 Bölmə: Qərbi Azərbaycan
loading...