beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İsmayıl Əliyev

Həyatı
İsmayıl Əhmədəli oğlu Əliyev 1947-ci il fevral ayının 27-də Ermənistan SSR Meğri rayonunun Nüvədi kəndində müəllim ailəsində anadan olmuşdur. 1954-1961-ci illərdə Nüvədi kənd 7 illik məktəbində oxumuş, kənddə orta məktəb olmadığı üçün orta təhsilini həmin kənddə axşam növbəli kəndli-gənclər məktəbində başa vuraraq, 1965-ci ildə qızıl medalla bitirmişdir.

1965-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) kimya fakültəsinə ixtisas fənnindən əla qiymət almaqla qəbul olmuş, 1970-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirmiş, təyinatla Universitetdə saxlanılaraq üzvi kimya kafedrasında üç ay baş laborant vəzifəsində işləmiş, 01.12.1970-01.12.1973-cü illərdə həmin kafedranın əyani aspiranturasında oxumuşdur.

1976-cı ilin may ayında Azərbaycan Dövlət Universitetində 02.00.03 - Üzvi kimya ixtisası üzrə “İkivalentli kükürdün aromatik törəmələrində elektron effektlərinin tədqiqi” mövzusunda namizədlik dissertasiya işi müdafiə edib.

1965-ci ildən başlayaraq bütün həyatı Bakı Dövlət Universiteti ilə bağlı olub. Aspiranturanı bitirdikdən sonra yenə təyinatla Universitetdə saxlanılmış, laborant, axşam və qiyabi şöbədə metodist, 1979-cu ilin sentyabrından başlayaraq BDU-nun Üzvi kimya kafedrasında müəllim, baş müəllim, dosent və professor vəzifəsinə qədər həyat yolu keçmişdir.

ADU-nun üzvi kimya kafedrasında baş laborant (01.09.1970-01.12.1970), laborant (08.12.1973-11.01.1977), metodist (11.01.1977-17.09.1979), müəllim (17.09.1979-12.09.1985), baş müəllim (12.09.1985-24.09.1986), dosent (24.09.1986-7.12.1991) və professor (07.12.1991-dən) vəzifələrində çalışmışdır.

İrkutsk şəhərində Uzvi Kimya İnstitutunun SEA Sovetlər birliyi və İrkutsk Dovlət Umiversitetində təkmilləsmə kursu keçmişdir (09.1988 -02.1989).

1990-cı ilin dekabr ayında İrkutsk Dövlət Universitetində (Şərqi Sibir) 02.00.03 - Üzvi kimya ixtisası üzrə “Arentiolların, onların törəmələrinin və analoqlarının kimyası və fiziki-kimyası” mövzusunda doktorluq dissertasiya işi müdafiə edib.

Hal-hazırda həm də həmin kafedranın 0,5 şt professorudur. 1994-cü ilin mart, aprel, may, iyul, avqust aylarında (5 ay) Türkiyə Respublikasının Marmara Universitetində (İstanbul şəhəri) TUBİTAK-DOPROQ (NATO-maliyyələşdirilmişdir) proqramı ilə çalışmışdır.

1997-ci ilin aprel ayından 2000-ci ilin iyul ayına qədər yenə də Türkiyə Respublikasının “100 Yıl Universiteti”nin (Van şəhəri) Eğitim fakültəsində Universitetlər arası sözləşməyə əsasən professor vəzifəsində çalışmışdır.

03.07.2000-ci ildən 30.05.2006-cı ilədək Bakı Dövlət Universitetinin magistratura, aspirantura, doktorantura şöbəsinin müdiri vəzifəsində işləmiş, 31.05.2006-cı ildən isə Universitetin Elmi işlər üzrə prorektorudur.

Bakalavr tədris pilləsi üçün «Boyaq maddələr» fənnindən, magistratura tədris pilləsində isə «Heterosiklik birləşmələr kimyası» fənnindən mühazirə və laboratoriya dərsləri aparır. 165 elmi əsərin, o cümlədən 3 kitabın (dərsliyin), 1 metodik göstərişin, 4 patentin, 2 müəlliflik şəhadətnaməsinin həmmüəllifidir. Respublika Dövrü mətbuatında dövlətçiliyə xidmət edən 40 böyük həcmli məqalələri nəşr olunmuşdur.

Namizədlik və doktorluq dissertasiyalarının opponenti və rəyçisi, monoqrafiyaların və dərsliklərin elmi redaktoru və rəyçisi olmuşdur.

Sovetlər birliyi VI (Riqa 1975), VIII (Dnepropetrovski 1984), IX (Ust-Kamenoqorst 1987) Ümumittifaq Polyaroqrafiya konqreslərinin iştirakçısı olub.

Kükürd üzvi birləşmələrin və kükürdlü neftlərin kimyası və texnologiyası üzrə XIII (Düşənbə 1974), XIV (Batumi 1976), XV (Ufa 1979), XVI (Riqa 1984), XVII (Tbilisi 1989), XVIII (Kazan 1992) elmi sessiyaların iştirakçısı olmuşdur.

Sovetlər birliyi II Biozədələnmə (Qorki, 1981) və Sovetlər birliyi I Nəzəri Üzvi kimya (Volqoqrad, 1991) Simpoziumularının da iştirakçısı olub.

Azərbaycanda keçirilən Y.H.Məmmədəliyevin xatirəsinə həsr olunmuş II Bakı Beynəlxalq neft-kimya konfransı (Bakı 1966), Türkiyə Cümhuriyyətində keçirilən Kimya 94 X (Uludağ-Bursa 1994), Kimya 98 XII (Edirnə 1998), Kimya 99 XIII (Samsun 1999), Kimya XIV (Diyarbakir 2000), Kimya XV (İstanbul 2001), Kimya XVI (Konya 2002) Ulusal kimya konfranslarının iştirakçısı olub.

Ailəlidir. 3 övladı və 4 nəvəsi var.

Təltifləri
30 oktyabr 2009-cu ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Şöhrət" ordeni ilə təltif edilmişdir.
1 mart 2007-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən "Azərbaycan Respublikasının Qabaqcıl Təhsil İşçisi" döş nişanı ilə təltif edilmişdir.
Tədqiqat sahəsi
Kükürdün II, IV və VI valent vəziyyətdə aromatik törəmələri kükürd üzvi birləşmələrin fiziki-kimyəvi xassələri ilə reaksiya qabiliyyətləri arasında ən münasib obyektdir. Məqsədyönlü yanaşma sayəsində 500-dən artıq arentiolların, onların törəmələrinin analoqlarının funksional əvəz olmuş törəmələri sintez edilərək geniş və hərtərəfli müasir fiziki tədqiqat üsulları ilə (İQ, UB, NMR, 1H, 13C, 17O, 33S, NKR, 35Cl, 79Br, flüoressens spektroskopiya, polyaroqrafiya və s.) tədqiq edilərək maraqlı və əhəmiyyətli elmi nəticələr əldə edilmişdir. Üçlü alkilarılsulfidlərin yeni alınma üsulları müəyyən edilmişdir. Kükürd üzvi birləşmələrin elektrofil bromlaşma, asilləşmə, nitrolaşma reaksiyaları öyrənilmişdir. Bu üzvi maddələrdən 300-dən artığı ilk dəfə olaraq onun tərəfindən sintez edilmiş, bəzi üzvi maddələrin tətbiq sahələri müəyyən olunmuşdur. İlk dəfə olaraq alkiltioarıketoksimlər əsasında "Trofimov reaksiyası" asetilen, vinilhalogenidlər və 1,2-dibrompropanla öyrənilərək əvvəllər məlum olmayan alkiltioarılpirrollar və onların N-vinil törəmələri sintez olunaraq tətqiq olunmuşdur. Sintez edilmiş ariltioasilatlar neft məhsullarında antimikrob aşqar kimi, bəzi arilorqanilsulfidlərin isə sürtkü yağlarına aşqar kimi tətbiq sahəsi tapılmışdır. Tərkibində kükürd saxlayan yeni pirollar analitik reaktiv kimi perspektivdir. Aparılmış tədqiqatlar gələcəkdə məqsədyönlü şəkildə arzu olunan xassəyə malik oıan maddələrin sintezinə imkan verir.

Elmi fəaliyyəti
1.09.1970 - 01.12.1970 ADU-nun üzvi kimya kafedrası, baş laborant işləmişdir; 1.12.1970 - 1.12.1973 ADU-nun üzvi kimya kafedrası, əyani aspirant; 08.12.1973 - 11.01.1977 ADU-nun üzvi kimya kafedrası, laborant; 11.01.1977 - 17.09.1979 ADU-nun qiyabi şöbəsi, metodist; 17.09.1979 - 12.09.1985 ADU-nun üzvi kimya kafedrası, müəllim; 12.09.1985 - 24.09.1986 ADU-nun üzvi kimya kafedrası, baş müəllim; 09,1988 - 02.1989 Irkutsk Uzvi Kimya Institutu (SEA Sərqi Sibir Bölməsi) və Irkutsk Dovlət Umiversiteti - təkmilləsmə kursu; 24.09.1986 - 7.12.1991 ADU-nun üzvi kimya kafedrası, dosent; Mart - iyul 1994 Marmara Universiteti TUBITAK –DOPROQ Proqrami /Türkiye, Istanbul ş. /; 25.04.1997 - 03.07.2000 100-Yil Universiteti Eyitim fakultesi, Prof. Dr. /Türkiye, Van ş. /; 07.12.1991-12.10.2000 BDU-nun üzvi kimya kafedrasının professoru; 12.10.2000-31.06.2006 BDU-nun magistratura, aspirantura və doktorantura şöbəsinin müdiri, Üzvi kimya kafedrasında 0,5 ştat daxili əvəzçiliklə professoru; 21.05.2011-ci ildən 30.01.2012-ci ilədək Bakı Dövlət Universitetinin Üzvi kimya kafedrasının professoru, 09.08.2011- ci ildən Həyat Fəaliyyəti Təhlükəsizliyi kafedrasının müdiri vəzifəsini icra edən 30.01.2012-ci ildən bu günə kimi Həyat Fəaliyyəti Təhlükəsizliyi kafedrasının müdiri, Üzvi kimya kafedrasında 0,5 ştat professor vəzifəsində qalmaqla;

181 elmi əsərin , o cümlədən 2 dərsliyin , 2 tədris proqramının, 4 patentin, 2 müəlliflik şahadətnaməsinin müəllifidir. Respublika dövründə mətbuat orqanlarında dövlətçiliyə xidmət edən 50 çox məqaləsi nəşr olunmuşdur.


Tarix: 06.02.2015 / 17:24 Müəllif: Feriska Baxılıb: 245 Bölmə: Qərbi Azərbaycan