Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Tanrıverdi Hacıyev

Həyatı
Tanrıverdi Hacıyev 1917-ci ildə Göyçə mahalının Daşkənd kəndində anadan olmuşdur. 1935-ci ildə İrəvan Pedaqoji Texnikumuna qəbul olmuş və 1937-ci ildə təhsilni başa vuraraq Daşkənd kənd orta məktəbində fizika və riyaziyyat müəllimi işləmişdir. O, 1938-ci ildən Basarkeçər rayonunun Kəsəmən kənd yeddiillik məktəbində müəllim və dərs hissə müdiri olmuşdur.

1942-ci ildə Böyük Vətən Müharibəsinə səfərbər olunmuş və sağ əlindən yaralanaraq 1944-cü ildə ordudan tərxis olunmuşdur. 1946-cı ildən 1949-cu ilə qədər Basarkeçər rayonu Qoşabulaq kəndində yeddiillik məktəbdə direktor və 1952-ci ildə Zod kənd orta məktəbində dərs hissə müdiri və riyaziyyat müəllimi işləmişdir. 1953-cü ilin iyun ayından Göyçə mahalından deportasiya olunaraq taleyini Bərdə rayonu ilə bağlamışdır. Kolxoz sədri işləmişdir. 1959-cu ildə Azərbaycan Pedaqoji İnstitutuna qəbul olub və 1963-cü ildə institutu bitirmişdir. Dəfələrlə medallarla, ordenlərlə və fəxri fərmanlarla təltif olunmuşdur. 1987-ci ildə Bərdə rayonunun Yeni Daşkənd kəndində dünyasını dəyişmiş və kənddə dəfn olunmuşdur.


Tarix: 05.02.2015 / 18:26 Müəllif: Feriska Baxılıb: 59 Bölmə: Qərbi Azərbaycan
loading...