beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Həsən Bayramoğlu

Həsən Bayramoğlu — pedaqogika üzrə fəlsəfə doktoru, Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosenti, Rusiya Pedoqoji və Sosial Elmlər Akademiyasının akademiki. Binəqədi rayon 9 saylı ikinci seçki dairəsinin sədri.
Həyatı
Həsən Bayram oğlu Bayramov (Bayramoğlu) 1 may 1953-cü ildə Qərbi Azərbaycanın Krasnoselo rayonunun Toxluca kəndində qulluqçu ailəsində anadan olmuşdur. 1961-1970-ci illərdə Toxluca kənd orta məktəbində oxumuş, həmin məktəbi əla qiymətlərlə başa vurmuşdur.

1971-1975-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun filologiya fakultəsini fərqlənmə diplomu ilə bitirmişdir. Təhsilini başa vurduqdan sonra təyinatla doğulduğu kəndə qayıtmış,burada müəllim, direktor müavini, raykom hüquqlu sovxoz komsomol komitə katibi, qəsəbə sovetinin sədri vəzifələrində çalışmışdır.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin aspiranturasında oxumuş,1989-cu ildə namizədlik dissertasiyasını müdafiə etmişdir.

1986-1990-cı illərdə Naxçıvan Dövlət Universitetində müəllim işləmişdir.

1990-cı ildən ADPU-nun "Ümumi pedaqogika" kafedrasının müəllimi, 1995-ci ildən isə həmin kafedranın dosentidir.

2007-2012-ci illərdə YAP Binəqədi Rayon Təşkilatında şura üzvü olmuşdur.

2008-ci ildən Rusiya Pedoqoji və Sosial Elmlər Akademiyasının akademikidr.

2012-ci ildən Binəqdi rayon 9 saylı ikinci seçki dairəsi, Dairə Seçki komissiyasının sədridir.

Ailəlidir, 3 övladı var.

Yaradıcılığı
İlk kitabını 1989-cu ildə nəşr etdirən H.Bayramov 5 dərsliyin, 10-dan artıq tədris metodik vəsaitin, Ali məktəblər üçün 12 tədris proqramının, 100-dən çox elmi-pedaqoji məqalə və tezisin, eləcə də publisistik yazının müəllifidir. 4 kitabın tərtibçisidir. 10-a yaxın kitabın elmi redaktoru olub. Təhsil menecmenti üzrə tədris metodik bazanın hazırlığına məsul işçi qrupunun üzvüdür.

Dosent H.Bayramov akademik Hüseyn Əhmədovun əsərlərinin biblioqarfik göstəricisinin (1990), " Müəllimlər müəllimi haqqında pedoqoji etüdlər" əsərinin,həm də akademik Hüseyn Əhmədovun 14 cildlik "Seçilmiş pedaqoji əsərləri"nin tərtibçilərindən biridir.


Tarix: 05.02.2015 / 17:35 Müəllif: Feriska Baxılıb: 63 Bölmə: Qərbi Azərbaycan