Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sahib Alıyev

Həyatı
1964-cü ilin 24 avqustunda Göyçə mahalının Aşağı Şorca kəndində anadan olub. Qonşu Daşkənd kənd orta məktəbini bitirib.

“Lider” televiziyasının siyasi icmalçısıdır.

2010-cu ildə “Lider” televiziyasının əməkdaşı Sahib Alıyev 95 saylı Tərtər seçki dairəsindən namizədliyini irəli sürüb.

2010-cu il sentyabrın 29-da komissiyanın iclası olub və Sahib Alıyevin müraciətinə baxılıb. Təqdim etdiyi sənədlər qaydasında olduğundan onun namizədliyi təsdiqlənib. Sahib Alıyev özü də iclasda iştirak edib. Telejurnalist sentyabrın 18-də 107 saylı Qazax seçki dairəsindən namizədliyini irəli sürmüş, imza vərəqləri götürmüş, ayın 23-də vərəqələri komissiyaya qaytarmışdır.

Sahib Alıyev 95 saylı Tərtər seçki dairəsində Aynur Camalqızı və müxalifətin əsas bloku olan AXCP-Müsavat seçki blokunun 95 saylı dairədən vahid namizədi olan Müsavat Partiyası başqanının müavini Qabil Hüseynliyə qalib gələrək deputat seçilmişdir.

Bu dairədə namizədliyini ən sonda irəli sürən şəxs Sahib Alıyevdir. Əvvəl 107 saylı dairədən namizəd olan Sahib Alıyev sentyabrın 29-da 95 saylı dairədən imza vərəqələri götürüb.

Sahib Alıyev Milli Məclisdə bitərəfdir və Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvüdür.


Tarix: 05.02.2015 / 18:17 Müəllif: Feriska Baxılıb: 105 Bölmə: Qərbi Azərbaycan
loading...