Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Güşvər Şərifova

Həyatı
Güşvər Şərifova 30 may 1962-ci ildə Ermənistan SSR-nin Kacaran şəhərində doğulub. 1984-cü ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib. 1984-cü ildən 1995-ci ilədək C.Cabbarlı adına Gəncə Dövlət Dram teatrında aktrisa işləyib. 1995-ci ildən 2003-cü ilədək Bakı Kamera teatrında aktrisa işləyib. Həmçinin həmin illər C.Cabbarlı adına «Azərbaycanfilm» kinostudiyasının filialında redaktor işləyib.

2003-cü oktyabrın 3-dən Gənc Tamaşaçılar teatrının aktrisasıdır.

Aktisa Leyli Vəliyevanın bacısıdır. Aktyor Nofəl Vəliyevin baldızıdır

Əsas rolları
Gənc Tamaşaçılar Teatrı
Qlaşatay – («Tayna», Alla Axundova)
Petuşok – («Skazka o zolotom petuşke», Aleksandr Sergeyeviç Puşkin)
Razboynitsa – («Alibaba i sorok razboyniü», Ərəb xalq nağılı)
Rəqqasə – («İndiyskaə fantaziə», Rafiq Əliyev)
Səlimə – («Pəri Cadu», Əbdürrəhim bəy Haqverdiyev)
Təlxək – («Tıq-tıq xanım», Abdulla Şaiq)
İzzət – («Məkkəyə gedən yol», C.Məmmədquluzadə)
Ananın xəyali surəti – («Albalı bağı» A.Çexov)
İkinci xanım – («Yatmış gözəl» B.Marvin)
Missis Sauyrberi – («Oliver Tvistin macəraları» Ç.Dikkens)
Qarı nənə – («Göyçək Fatma» Azərbaycan Xalq nağılı)
Qətibə – («Mən səni sevirəm – M.S.S» Ə.Əmirli)
Gülpəri – («Qaraca qız» S.S.Axundov, A.Şaiq)
Nazlı – («Danışan gəlincik» A.Şaiq)
Qız – («Bir səbət tənhalıq» M.Vahidzadə)
Gəncə Dövlət Dram Teatrı
Çevriyə – («Fosforlu Çevriyə», S.Dərviş)
Nazan – («Yad qızı», Orxan Kamal)
Əfsanə – («İtkin gəlin», Əlibala Hacızadə)
Anya – («Odlu çarpazlar», İsmayıl Şıxlı)
Güləsər – («Dəli kür», İsmayıl Şıxlı)
Qarpınc – («Sokratla söhbətlər», Edvard Radzinski)
Sona – («1905-ci ildə», Cəfər Cabbarlı)
Meri – («Qız atası», Əfqan Əsgərov)
Səkinə – («Mürafiə vəkilləri», Mirzə Fətəli Axundov)
Narıngül – («Üçatılan, İlyas Əfəndiyev)
Filmoqrafiya
Qayınana (film, 2011)-Gülbadam (bədii serial)
Aramızda qalsın (film, 2011)-Gülbadam (bədii serial)
Firuzə - “Həyat sən nə qəribəsən” (bədii serial)
Tibb bacısı – “Sabaha doğru”


Tarix: 06.02.2015 / 17:30 Müəllif: Feriska Baxılıb: 162 Bölmə: Qərbi Azərbaycan
loading...