Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şəmsi Rəhimov

Həyatı
Rəhimov Şəmsi Nuru oğlu 1924-cü ildə Ermənistan SSR-in Qafan rayonunun Gövdəkli kəndində müəllim ailəsində anadan olub.

1942-ci ildə kənd orta məktəbinin 10-cu sinfindən Sovet Ordusu sıralarına çağrılıb.

1943-1945-ci illərdə ordu sıralarında vzvod komandiri, 1946-1949-cu illərdə Bakı və Gəncə hərbi hissələrində Dövlət Təhlükəsizlik Komitəsininin əməliyyat işçisi, sonra rəhbər işçilərindən olub.

1962-ci ildə BDU-nun hüquq fakültəsini qiyabi yolla bitirmişdir. Birinci dərəcəli Vətən Müharibəsi ordeni və 14 medalla təltif edilmişdi.

1985-ci ildə istefaya çıxır və 1990-cı ilədək mülki vəzifələrdə işləyir.

1994-cü ildə Azərbaycan Respublikası Prezidenti yanında Xüsusi İdarənin rəisi təyin edilir.

29 sentyabr 1994-cü ildə sui-qəsd nəticəsində qətlə yetirilmişdir.


Tarix: 06.02.2015 / 17:24 Müəllif: Feriska Baxılıb: 62 Bölmə: Qərbi Azərbaycan
loading...