beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Cabbar Quliyev

Həyatı
Rəssam Cabbar Əli oğlu Quliyev 1922-ci ildə Ermənistanın Zəngibasar mahalında Haçaparaq (Zəhmət) kəndində anadan olmuşdur.

1941-ci ildə İrəvan Dövlət pedaqoji texnikumunu bitirmişdir.

O, İkinci Dünya müharibəsində iştirak edərək, İtaliya və Yuqoslaviya partizan hərəkatının fəal üzvlərindən olub. Müharibədən sonra 45 il müəllimlik edib.

1967-ci ildə Ermənistanın əməkdar rəssamı adına layiq görülüb.

1988-ci ildə erməni zorakılığı üzündən Azərbaycana köçüb. Burada o, Azərbaycan Rəssamlar ittifaqının üzvülüyünə qəbul olunub, 23 dəfə fərdi sərgisi keçirilib. Dünyanın 20-dən artıq ölkəsinin muzey və şəxsi kolleksiyalarında əsərləri qorunan sənətkarın əməyi dövlət tərəfindən dəfələrlə qiymətləndirilib.


Tarix: 06.02.2015 / 16:42 Müəllif: Feriska Baxılıb: 60 Bölmə: Qərbi Azərbaycan