beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Gülsüm Fətəliyeva

Fətəliyeva Gülsüm İsa qızı - Azərbaycan Texnologiya Universitetin «Tərbiyə işləri» üzrə prorektoru.

Həyatı
Fətəliyeva Gülsüm İsa qızı 1 oktyabr 1947-ci ildə Qərbi Azərbaycanın Sisyan rayonunun Urud kəndində anadan olmuşdur.1965-ci ildəVağadi kənd orta məktəbini bitirərək, həmin ildə Bakı Dövlət Universitetinin kimya fakultəsinə daxil olmuşdur. 1967-ci ildən 1971-ci ilə qədər Azərbaycan Elmlər Akademiyası Coğrafiya İnstitutunda akademik Həsən Əliyevin rəhbərlik etdiyi «Meşətorpaqlarının tədqiqi» laboratoriyasında baş laborant, kimyaçı mühəndis vəzifələrində çalışmışdır.

1971-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) Kimya fakultəsini bitirərək kimyaçı ixtisasına yiyələnmişdir. 1971-ci ildən 1976-cı ilə qədər Kirovabad (indiki Gəncə) Alüminium zavodunda kimyaçı, 1976-1981-ci illərdə orta məktəbdə müəllimə işləmişdir. 1981-ci ildən Azərbaycan Texnologiya Universitetində əvvəlcə baş laborant sonra isə assistent, baş müəllim, dossent vəzifəsinə qədər yüksəlmişdir.

1988-ci ildə kimya elmləri namizədi alimlik dərəcəsi almış, 1997-ci ildən isə «Fizika və kimya» kafedrasının dosentidir.

54 elmi əsərin, o cümlədən 6 dərs vəsaitinin müəllifidir.

Universitetin mədəni- kütləvi tədbirlər daimi komissiyasının, Universitet Qadınlar Şurasının və İaşə Məhsullarının Texnologiyası və Ekspertizası fakultəsində Tələbə Elmi Cəmiyyətinin sədri vəzifələrində çalışır. Universitetin Elmi Şurasının üzvüdür.

1994-cü ildən Yeni Azərbaycan Partiyasının üzvü olmaqla YAP-ın I, II, III qurultayının, eləcə də Azərbaycan Qadınlarının I, II qurultayının və Azərbaycan müəllimləri I qurultayının nümayəndəsi olmuşdur. İşlədiyi müddətdə dəfələrlə rəhbərliyin təşəkkürünü almışdır.

2007-ci ildə Respublika Təhsil Nazirliyinin Fəxri Fərmanı ilə təltif olunmuşdur. Hal-hazırda Universitetin «Tərbiyə işləri» üzrə prorektoru vəzifəsində çalışır.


Tarix: 06.02.2015 / 17:06 Müəllif: Feriska Baxılıb: 72 Bölmə: Qərbi Azərbaycan