beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Azad Qurbanov

Həyatı
Azad İsa oğlu Qurbanov 26 iyun 1966-cı il tarixdə Göyçə mahalının (Ermənistan) Cil kəndində anadan olmuşdur.

1973-1983-cü illərdə Bakı şəhərindəki 45 saylı orta məktəbdə oxumuşdur.

1983-1991-ci illərdə Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsində təhsil almışdır.

1992-1995-ci illərdə isə Azərbaycan Dövlət Neft Akademiyasında aspiranturada təhsil almışdır.

1997-ci ildə "Mürəkkəb reoloji mühitin gərginlik-deformasiya halının mayenin süzülməsinə təsirinin tədqiqi" ("Maye, qaz və plazma mexanikası") mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.

Fizika-riyaziyyat elmləri namizədidir. Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissasiyasının 06.04.2004-cü il tarili qərarı ilə ona dosent elmi adı verilmişdir. 30-dan artıq elmi əsərin, o cümlədən ali mətəb tələbələri üçün 10 kitabın, 6 tədris proqramının müəlifidir.

İran, Almaniya, Türkiyə, İoradniya, Rusiya, Özbəkistan və digər ölkələrdə keçirilmiş bir sıra Beynəlxalq elmi konfaranslarda iştrak etmişdir.

Əmək fəaliyyətinə hələ tələbə olarkən başlamış, 1987-1991-ci illərdə Bakı Dövlət Universitetinin Hesablama mərkəzində texnik, 1995-1999 -cu illərdə BDU-nun "Tətbiqi-riyaziyyat" Elmi Tədqiqat İnstitutunda elmi işçi, 1999-2000 ci illərdə BDU-da aparıcı elmi işçi, kompüter mərkəzində şöbə müdiri, 2000-2001-ci illərdə "İnformatika" kafedrasında müəllim, 2001-2012 -ci ilərdə "İnformatika" kafedrasında dosent, 2012-ci ildən bu günə kimi isə “Kitabxanaçılıq informasiya” fakültəsinin dekanı və “Kitabxanaşünaslıq” kafedrasının dosenti vəzifəsində çalışır.

2002-ci ildə Fransa Respublikasinin Nitsa "Sofiya-Antipolis" Universitetində ixtisasartırma kursu kecmişdir.

Informatka, Elmdə və təhsildə kompüter texnologiyası, Kitabxanaçılıq informatikası, Kitabxanalarda informasiya xidməti fənnlərindən dərs deyir. Kitabxana - informasiya texnologiyaları, Verilənlər bazasının idarəetmə sistemləri, Riyazi modelləşdirmə, Ədədi üsullar, Hidrodinamika sahələrində tədqiqat aparır.

30 məqalənin, 10 kitabın müəllifidir.

Ailəlidir, iki övladı var.


Tarix: 05.02.2015 / 16:35 Müəllif: Feriska Baxılıb: 119 Bölmə: Qərbi Azərbaycan