Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qüdsi Osmanov

Həyatı
Qüdsi Osmanov 16 fevral 1966-cı ildə Ermənistan Respublikasının Noyemberyan rayonunda anadan olub.

Sankt-Peterburq Su Kommunikasiyaları Universitetini (İqtisadiyyat), Sankt-Peterburq Dövlət Universitetinin Hüquqşunaslıq və Beynəlxalq Münasibətlər fakültələrini bitirmişdir. Siyasi elmlər namizədidir.

1984-1987 — keçmiş SSRİ hərbi qüvvələr sırasında xidmət etmişdir.

1997-2004 — Azərbaycan Respublikasının Sankt-Peterburq şəhərindəki Fəxri konsulu vəzifəsində çalışmışdır.

2005-2013 — Azərbaycan Respublikasının Sankt-Peterburq şəhərindəki Baş konsulu vəzifəsində çalışmışdır.

18 aprel 2013-cü ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində Azərbaycan Respublikasının Baş konsulu vəzifəsindən geri çağırılmış və Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfir müavini vəzifəsinə təyin olunmuşdur .

Fövqəladə və Səlahiyyətli Elçi diplomatik ranqına malikdir.

Ailə vəziyyəti - evli, üç övladı var.

Fəaliyyət sahəsi
Azərbaycan ilə Rusiya arasında iqtisadiyyat, ticarət, mədəniyyət, idman və elmi-texniki sahələrdə ikitərəfli münasibətlərin genişləndirilməsi.
Azərbaycan Respublikasının milli maraqlarının, Azərbaycan Respublikasının Rusiya Federasiyasında yaşayan vətəndaşlarının və hüquqi şəxslərinin hüquq və mənafelərinin qorunması.
Mükafat və medallar
"Sankt-Peterburqun 300-illiyi”, “Rusiya donanmasının 300-illiyi” və Rusiyanın görkəmli dövlət xadimi və diplomat A.M.Qorçakov adına medallar ilə təltif edilmişdir.


Tarix: 05.02.2015 / 19:15 Müəllif: Feriska Baxılıb: 85 Bölmə: Qərbi Azərbaycan
loading...