beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kamandar Şərifov

Həyatı
Kamandar Şərifov 20 yanvar 1940-cı il Qərbi Azərbaycanın Ləmbəli kəndində anadan olmuşdur. 1959-cu il Ləmbəli 2 saylı orta məktəbini bitirmişdir. 1959-1962-ci illər Ordu sıralarında hərbi xidmətdə olmuşdur.

1963-1968-ci illər Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Şərqşünaslıq fakültəsində təhsil almışdır. 1966-1967-ci illər Misir Ərəb Respublikasının Qahirə Universitetinin filologiya fakültəsində təhsil almışdır. 1968-1970-ci illər Misir Ərəb Respublikasında uzunmüddətli ezamiyyətdə olmuşdur. 1971-1972-ci illər Azərbaycan Elmlər Akademiyası Respublika Əlyazmalar Fondunda kiçik elmi işçi vəzifəsində işləmişdir. 1973-1977-ci illər Azərbaycan Elmlər Akademiyası Respublika Əlyazmalar Fondunda elmi katib vəzifəsində çalışmışdır. 1977-1981-ci illər İraq Respublikasında uzunmüddətli ezamiyyətdə olmuşdur. 1981-1986-cı illər Azərbaycan Elmlər Akademiyası Əlyazmalar İnstitutunda kiçik elmi işçi vəzifəsində işləmişdir. 1984-cü il“Əbdülqəni Nuxəvi Xalisəqarızadə və onun ədəbi-mətnşünaslıq fəaliyyəti” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 1986-2012-ci illər Bakı Dövlət Universiteti Şərqşünaslıq fakültəsində “Mətnşünaslıq” fənnindən dərs demişdir.

1986-1987-ci illər Azərbaycan Elmlər Akademiyasının Əlyazmalar İnstitutunda “Ərəb əlyazmaları” şöbəsinin müdiri vəzifəsində işləmişdir. 1987-1990-cı illər Yəmən Demokrativ Respublikasında uzunmüddətli ezamiyyətdə olmuşdur. 1990-1991-ci illər Azərbaycan Elmlər Akademiyası Əlyazmalar İnstitutunda böyük elmi işçi vəzifəsində işləmişdir.

1992-ci ildən indiyədək Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu “Ərəbdilli əlyazmaların təddiqi” şöbəsinin müdiri vəzifəsində çalışır.


Tarix: 05.02.2015 / 19:09 Müəllif: Feriska Baxılıb: 58 Bölmə: Qərbi Azərbaycan