Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qurban Namazov

Qurban Namazov (Qurban İbrahim oğlu Namazov) - Azərbaycan Respublikası Hesablama Palatasında Baş məsləhətçi.

Həyatı
Qurban İbrahim oğlu Namazov 25.10.1947-ci ildə Göyçə mahalının Basarkeçər rayonunun Daşkənd kəndində anadan olmuşdur.
1954-cü ildə Basarkeçər rayon Daşkənd kənd orta məktəbinin I sinfinə daxil olmuş və 1965-ci ildə Bərdə rayon Yeni Daşkənd kənd orta məktəbinin XI sinfini bitirmişdir.
1965-ci ildə Azərbaycan Politexnik İnstitutunun inşaat fakultəsinə qəbul olunmuş və 1970-ci ildə həmin institutun "Sənaye və mülki tikinti"ixtisasını əla qiymətlərlə bitirmişdir.
1970-1972-ci illərdə təyinat üzrə Yoşkarola və Sevastopol şəhərlərində hərbi tikinti sahəsində mühəndis-zabit kimi xidmət etmişdir.
1972-1974-cü illərdə Mingəçevir Politexnik Texnikumunda müəllim və Azərbaycan Avtonəqliyyat Nazirliyinin Mingəçevir Tikinti İdarəsində rəis işləmişdir.
1974-1976-cı illərdə Qazaxıstan Respublikasının Ağırsənayetikinti Nazirliyinin "Almaatamənziltikinti" tresti sistemində böyük mühəndis, şöbə rəisi və baş mühəndis vəzifələrində Alma-Ata şəhərinin mühüm obyektlərin tikintisində çalışmışdır.
1976-cı ildə valideyinlərinin Göyçə mahalının Basarkeçər rayonunun Daşkənd kəndindən Bərdə rayonunun Yeni Daşkənd kəndinə yenidən köçməsi ilə əlaqədar o, Bərdə rayonuna qayıtmışdır.
1977-1978-ci illərdə Azərbaycan Kənd Tikinti Nazirliyinin Bərdə 4 saylı trestində şöbə rəisi işləmişdir.
1978-1986-cı illərdə Azərbaycan Kənd Tikinti Nazirliyinin Nəzarət-Təftiş İdarəsində təftişçi və böyük təftişçi, 1986-1991-ci illərdə "Aqrarsənayetikinti" və "Kəndtikinti" Birliklərində Nəzarət- Təftiş İdarəsinin böyük təftişçi, rəis müavini və rəisi vəzifələrində işləmişdir.
1982-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda mühasibat uçotu və təftiş işi üzrə təhsil almışdır.
1991-1996-cı illərdə Dövlətqaçqınkomun Nəzarət-Təftiş İdarəsinin rəisi vəzifəsində fəaliyyət göstərmişdir.
1997-1999-cu illərdə "Azəravtonəqliyyat" Dövlət Konsernin Nəzarət-Təftiş şöbəsinin rəis müavini və rəisi işləmişdir.
1999-cu ildə dövlət daxili nəzarət sistemi ləğv edildikdən sonra Qurban Namazov 1999-2001-ci illərdə Konsernin Mərkəzi aparatında Mühasibat uçotu şöbəsinin rəis müavini vəzifəsində çalışmışdır.
2001-2008-ci illərdə "Azəravtonəqliyyat" DK-nın Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzalında Baş mühasib işləmişdir.
2008-ci ilin dekabrından Azərbaycan Respublikası Hesablama Palatasında Baş məsləhətçi işləyir.
Ailəlidir, üç oğlu və bir qızı var.


Tarix: 05.02.2015 / 18:06 Müəllif: Feriska Baxılıb: 87 Bölmə: Qərbi Azərbaycan
loading...