beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Cəbrayıl Vəliyev

Tərcümeyi-halı
Cəbrayıl Xəlil oğlu Vəliyev 1975-ci ildə Qərbi Azərbaycanın Qaraqoyunlu mahalının Gölkənd kəndində doğulub. Orta məktəbi Abşeron rayonu Ceyranbatan qəsəbəsində medalla başa vurubdur.

Ali Təhsil: 1998 ildə Türkiyə, Marmara Universiteti İqtisadi və İdari Bilimlər Fakülteti İdarəetmə ixtisası bakalavr məzunu, 2001-ci ildə Türkiyə, Yıldız Texnik Universiteti Sosial Bilimlər İnstitutu İdarəetmə (MBA) magistratura məzunu, 2008-ci ildə Türkiyə, İstanbul Universiteti Sosial Bilimlər İnstitutu İqtisadiyyat üzrə fəlsəfə doktoru ünvanını qazanıb.

İş yeri: Hazırda Qafqaz Universitetində Marketinq müəllimi və Embawood şirkətində Strateji İdarəetmə Qrupunun rəhbəri vəzifəsində işləyir. Üzvlüklər: - 1.American Marketing Association (AMA) -2.World Future Society

İş təcrübəsi
Satış və Marketinq sahəsində 15 ildən çox iş təcrübəsinə malikdir. İş fəaliyyətinə Türkiyədə başlamış Azərbaycanda davam etməkdədir. Müxtəlif şirkətlərdə, Marketinq sahəsində marketinq araşdırmaları üzrə mütəxəssis, məhsul üzrə menecer, marketinq araşdırmaları üzrə menecer, marketinq meneceri vəzifələrində, Satış sahəsində isə satış təmsilçisi, bölgə ixracat və satış təmsilçisi, ixracat müdiri, satış və marketinq üzrə menecer, satışın planlaşdırılması və inkişafı meneceri, B2B və B2C sahələrində satış üzrə təlimçi olmaq üzrə 15 ildən çox praktik iş təcrübəsinə sahibdir.

Təqdim etdiyi təlimlərdən bəziləri
Mağaza satış məslətçiləri üçün Satış texnikaları təlimi
B2B sektor satış menecerləri üçün Satışın inkişafı təlimi
Mağaza idarəetmə təlimi
Kiçik biznesin inkişafı və Biznes Planın hazırlanması təlimi
Biznes Planın hazırlanması təlimi
Merçendayzinq (Pərakəndə satış nöqtələrində Sərgiləmə ) təlimi
Marketinqin əsasları təlimi
Marketinq və Satışda istifadə edilən analizlər
Satışın idarə edilməsi və inkişaf etdirilməsi təlimi
Rəqəmlərlə ifadə edərsək, son 2 il ərzində 25-dən çox qrup olmaq üzrə 300-dən çox satış və marketinq heyətinə satış və marketinq üzrə müxtəlif təlimlər keçirmişdir ki bu da saat olaraq 600 saatdan çox təlim müddətini əhatə edir.

www.jabrayilvaliyev.com şəxsi saytında iqtisadiyyat, idarəetmə, marketinq, satış, futurologiya, fərdi inkişaf və digər mövzularda davamlı məqalələri çıxır.

Müəllifi olduğu kitab
"Uğurlu Satış Metodları" satış heyəti üçün şirkətdaxili korporativ satış kitabı
İştirak etdiyi təlimlər
Balanced Scorecard System/Key Performance Indicators training, Betec Company Moscow Business School
Competency based interview and Body Language training/KPI Consulting/Turkey
Effective sales techniques/Academic Platform-Bülent Başar/Istanbul-Turkey
Distribution and dealership management/Academic Platform- Bülent Başar/Istanbul-Turkey
Training of trainers/Trainer Natali Samoukina/Moscow/Russia
Marketing without budget/Igor Mann/Russia


Tarix: 06.02.2015 / 15:46 Müəllif: Feriska Baxılıb: 100 Bölmə: Qərbi Azərbaycan