beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Roza Arazova

Həyatı
Arazova Roza Binnət qızı 15 aprel 1947-ci ildə Ermənistan SSR Noyemberyan rayonun Aşağı Körpülü kəndində anadan olmuşdur.

1965-ci ildə Ukraynanın Donetsk vilayətinin, Krasnoarmeysk şəhərində orta məktəbini bitirmişdir və Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Tarix fakultəsinə daxil olmuşdur. 1970-ci ildə İnstitutu fərqlənmə diplomu ilə bitirmişdir.

1968-1970- cil illərdə Azərbaycan SSR Elmlər Akademiyasının Tarix İnstitutunun Arxeologiya şöbəsində laborant vəzifəsində, 1970-1973- cü illərdə isə Tarix İnstitutunun aspirantı olmuşdur. 1974- cü ildə Azərbaycanın qədim dövr arxeologiyası üzrə tarix elmləri namizədi elmi dərəcəsini almışdır. 1974-1980- ci illərdə Arxeologiya və Etnoqrafiya sektorunda (indi MEA Arxeologiya və Etnoqrafiya İnstitutu) elmi işçi vəzifəsində çalışmışdır. 1980-1995-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda (indiki N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universiteti) baş müəllim kimi dosent vəzifəsində işləmişdir.

1991- ci ildən Xəzər Universitetində dosent vəzifəsində, 1993- cü ildən bu günə qədər Tarix və arxeologiya departamentinin müdiri vəzifəsində çalışır. 1999- cu ildən Xəzər Universitetində nəşr olunan "Azərbaycan arxeologiyası" jurnalının baş redaktorunun müavinidir.


Tarix: 05.02.2015 / 19:15 Müəllif: Feriska Baxılıb: 55 Bölmə: Qərbi Azərbaycan